Mübariz Ağayevin Qubada "qızıldan" işıq dirəkləri

05.03.2014 - 20:43

Qubada böyük abadlıq işləri aparan icra başçısı ağac, gül,
kolların qiymətlərini fantastik dərəcədə şişirrməklə yanaşı Quba
şəhərinin mərkəzi küçələrinə qoydurduğu işıq dirəklərindən külli
miqdarda vəsaiti özününküləşdirib

Qubada böyük abadlıq işləri aparan icra başçısı ağac, gül,
kolların qiymətlərini fantastik dərəcədə şişirrməklə yanaşı Quba
şəhərinin mərkəzi küçələrinə qoydurduğu işıq dirəklərindən külli
miqdarda vəsaiti özününküləşdirib

 
Təqribən 7-8 ay
əvvəl Quba şəhərinin kanalizasiya sistemi yenidən qurulub təhvil verili.
Amma elə ilk yağışdan sonra kanalizasia xəttləri parladı və Qubanının
mərkəzi kanalizasiya sularının altında qaldı. Yenidən yüz min manatlarla
vəsait kanalizasiya xəttlərinin bərpasına sərf olundu və Qubanın
kanalizasiya sistemi vasitəsi ilə Mübariz Qurbanov başda olmaqla külli
miqdarda vəsait iki dəfə mənimsənildi.
Quba
rayonundan PİA.AZ daxil olan ilginc məlumata görə isə Mübariz Ağayevin
ən böyük “xortumlama” əməliyyatı Quba şəhərinə və bir neçə kəndə
quraşdırılmış  işıq dirəklərindən olub. Belə ki, məlumata əsasən isə
icra başçısı Mübariz Ağayev işıq dirəklərini fantastik qiymətə alıb.
Ümumilikdə 300 qədər alınan işıq dirəklərinin hər birinin qiyməti nə az,
nə də çox 1500 manata sənələşdirilib. Məlumatlı mənbə iddia edir ki,
icra başçısı Mübariz Ağayevin göstərişi ilə alınan işıq dirəklərinin
qiyməti 2 dəfə şişirdilib və bu yolla dövlətin yüz minləərlə manat
vəsaiti mənimsənilib.
Alınan işıq dirəkləri
Quba şəhərinin mərkəzi küçələrinə, H.Əliyev parkına və bir neçə yaşayış
məntəqəsinə quraşdırılıb. Mənbə qeyd edir ki, icra başçısı Mübariz
Ağayevin rayonun sosial iqtisadi inkşafı üçün ayrılmış milyonlarla manat
vəsaitin yarı hissəsini məhz avadanlqıların alınmasına istifadə edib.
Əslində isə alınan avadanlıqlar cüzi olub və bu yolla külli miqdarda
dövlət vəsaitinin mənimsənildiyi qeyd olunur.
Bildirilir
ki, keçən il Quba şəhərində H.Əliyev adına parkda həyata keçirilmiş
tikinti, abadlıq və yaşıllaşdırma işlərindədə ciddi korrupsiya halları
olub. Belə ki, H.Əliyev parkına əkilmiş 1000 ədəd dekorotiv ağacın, 35
min ədəd dekorotiv kolun və 4 min ədəd mövsümlü güllərin alınma
qiymətlərinin sənədləşdirmələrdə fantastick şəkildə şişirdildiyi qeyd
olunur.
Mənbə bildirir ki,  icra başçısının
aldığı kolların, ağacların və güllərin maya dəyəri qara bazardakı
qiymətlərdən iki dəfə bahadır. Göründüyü kimi  icra başçısı Mübariz
Ağayev prezidentin Quba rayonunun sosial iqtisadi inkşafı üçün ayırdığı
milyonlarla manat vəsaitlərin bir hissəsinin mənimsəməyin yolun tapıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazıoıq…
pia.az
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4822

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031