Daha bir "nurçu" SOCAR-dan çıxdı
rəsmisi isə yayılan xəbəri təkzib edir
Azərbaycanda “nurçu”larla bağlı qalmaqal səngimək bilmir. Bir sıra
yüksək vəzifəli məmurların və millət vəkillərinin adının çəkildiyi bu
qalmaqala daha bir ad əlavə olunub.
Avropa.info-nun məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevin “nurçu”ları dəstəkləməsi haqda məlumat ortaya çıxıb.
Məlumatda deyilir ki Rövnəq Abdullayev “nurçu”larla əlaqə saxlamaq və
onlara dəstək vermək işini müavini Xalik Məmmədova tapşırıb. Xalik
Məmmədovun qatı “nurçu” olduğu və bu cəryanın liderlərindən sayılan,
Xəzər TV-nin rəhbəri Hüseyn Dinləməzlə mütəmadi təmasda olduğu
bildirilir. Məlumatda o da qeyd olunur ki, “nurçu”lar İngiltərədə Xalik
Məmmədovun vasitəçiliyi və Rövnəq Abdullayevin maliyyə yardımı ilə yeni
məktəb açıb. İngiltərədəki Təhsil Mərkəzi vasitəsi ilə bu ölkənin
unversitetlərində oxuyan azərbaycanlı məmur balaları “nurçu”luğa cəlb
edilir.
ARDNŞ-nin İngiltərədə məktəb açmasının nə dərəcədə doğru olub olmadığını qurumun özündən dəqiqləşdirməyə çalışdıq.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev
ARDNŞ-nin İngiltərədə, ümumiyyətlə, heç bir məktəb açmadığını bildirdi
və yayılan söhbətin həqiqətə uyğun olmadığını dedi.
Short URL: http://www.cumhuriyyet.net/?p=4824