YAP-dan diplomatik qalmaqala səbəb olacaq açıqlama
Fuad Qəhrəmanlı: “Azərbaycan hakimiyyəti bu cür məsələlərdə özünün qeyri-ciddi obrazını yaradıb”
Fuad Qəhrəmanlı: “Azərbaycan hakimiyyəti bu cür məsələlərdə özünün qeyri-ciddi obrazını yaradıb”
Deputat
Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin illik hesabatında
Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yazılanlara özünə
məxsus formada etirazını bildirib. S.Novruzovun parlamentin son
iclasındakı açıqlaması ABŞ-la Azərbaycan arasında diplomatik qalmaqala
belə səbəb ola bilər. Çünki hakim partiyanın təmsilçisi ABŞ-ı bir dövlət
olaraq narktok ticarəti ilə məşğul olmaqda ittiham edib: “Azərbaycana
qarşı təzyiqlərin
məqsədi
təbii sərvətlərdən güzəştli şəkildə bəhrələnmək istəyidir. Necə ki,
İraqda, Liviyada, Əfqanıstanda bəhrələnirlər. Taliban narkotik
dövriyyəsini 3 faizə qədər zəiflətmişdi. Amerika oranı işğal edəndən
sonra isə 65 faiz oldu. Hətta narkotik plantasiyalarını ABŞ ordusu
qoruyur. Adını isə qoyurlar ki, insan haqlarını müdafiə edirik”.
AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı
bildirdi ki, S.Novruzovun söylədikləri ABŞ-a qarşı olduqca ciddi
ittihamdır. Əsaslı faktlar olmadan belə bir ittihamın irəli sürülməsinin
ciddi fəsadlarının ola biləcəyini düşünən F.Qəhrəmanlı vurğuladı ki,
amma ABŞ səfirliyindən bu məsələyə münasibət bildirilməyə də bilər.
Çünki S.Novruzovun açıqlaması ciddi qarşılana bilməz: “Artıq Azərbaycan
hakimiyyəti bu cür məsələlərdə özünün qeyri-ciddi obrazını yaradıb.
Hakimiyyət heç bir hüquqi əsas olmadan müxalifəti xarici qüvvələrə
işələməkdə, maliyyə almaqda ittiham edir. Hətta bu ölkənin
məhkəmələrində hüquqi əsas olmadan insanlara qarşı hökmün kəsilməsi bir
ənənəyə çevrilib. Ona görə də hakimiyyət haqqında istər ölkə daxilində,
istərsə də ölkəmizdən xaricdə qeyri-ciddi, hüquqa zidd obraz yaranıb.
Ona görə qarşı tərəf heç bu açıqlama verməyə də bilər”.
Politoloq Hikmət Hacızadə hesab edir ki, baş verənlə bağlı ABŞ-ın ölkəmizdəki səfiri açıqlama
verməlidir: “Siyavuş Novruzovun dedikləri rus saytlarının yalanlarıdır.
Amerika bu açıqlamasına görə Siyavuş Novruzovun üstünə ordu
göndərməyəcək. Amma bu açıqlama ilə bağlı bir etiraz bəyanatı olacaq.
Hakimiyyət təmsilçiləri vaxtaşırı olaraq bu cür açıqlamalarla çıxış
edirlər. Ona görə bu yeni bir şey deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4825