Avropadan gələn milyonlar Azərbaycanda necə xərclənir?
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı
Avropa Birliyi (AB) tərəfindən Azərbaycana ayrılan vəsaitlərlə bağlı
monitorinq keçirib.
Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
M.Qəhrəmanlı dedi ki, ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın
təmin olunub-olunmadığını araşdırmaq üçün rəsmi məlumatlar verilmir:
“1992-2011-ci illərdə AB Azərbaycana ikitərəfli dəstəklə 500 milyon avro
ayırıb. Son bir neçə ildə illik 30 milyon avro ayrılır”.
M.Qəhrəmanlının sözlərinə görə, 2011-2013-cü illər üçün
büdcəyə dəstək və tvinninq proqramlarının tətbiqi üçün 122,5 milyon avro
ödənilib. 2009-cu ildən AB demokratiya və insan hüquqları üzrə Avropa
Proqramı altında QHT-lərə, vətəndaş cəmiyyəti təsisatlarına kiçik
qrantlar üçün 13 milyon avro vəsait köçürülüb: “Dövlət qurumlarına
ayrılmış vəsaitlərdən nə dərəcədə şəffaf və səmərəli istifadə edildiyini
aydınlaşdırmaq üçün AB saytının (http://eeas.europa.eu/delegations/azerbaijan/projects/list_of_projects/projects_en.htm)
və vəsait ayrılmış dövlət qurumlarının saytlarının monitorinqi
aparılıb. Monitorinq nəticəsində aydın oldu ki, AB saytında verilən
məlumatlarda qeyri-müəyyənlik var. Saytda yerləşdirilmiş vəsaitlərin
əksər hallarda hansı quruma və nə məqsədlə ayrıldığı məlum deyil.
Məsələn, Kənd Təsərrüfatı və Kənd İnkişaf Büdcəyə Dəstək Proqramının
kənd təsərrüfatı siyasəti və inzibati idarəetməsinə 13,000,000.00 avro
vəsait töfhə olunub. Bu layihə 2014-cü ilin sonunadək icra olunmalıdır.
Enerjiyə dəstək islahat proqramında enerji siyasəti və inzibati
idarəetməyə 13,000,000.00 avro ayrılıb. Layihə enerji səmərəliliyi və
bərpa olunan enerji mənbələrindən istifadə üçün strategiyasının
hazırlanmasında enerji sahəsinə dəstək vermək məqsədilə həyata
keçirilib. Vəsaitlə bağlı Maliyyə Nazirliyi də daxil olmaqla dövlət
qurumlarının saytında məlumat yerləşdirilməyib”.
Hüquq müdafiəçisi ayrılan milyonlarla manatın hara və necə xərcləndiyinin axtarışına çıxdığını dedi.
virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=4826