Prezident Adminstrasiyasında Fətullah Gülən kabusu
<!–
[if gte mso 9]>
Hakimiyyətin üst
qatı öz “qara siyahı”sını “nur”a boyayıb
hədəfə alır
<!–
[if gte mso 9]>
Normal
0
false
false
false
RU
X-NONE
X-NONE
<!–
[if gte mso 9]>
<!–
[if gte mso 10]>
/* Style Definitions */
table.MsoNormalTable
{mso-style-name:”Обычная таблица”;
mso-tstyle-rowband-size:0;
mso-tstyle-colband-size:0;
mso-style-noshow:yes;
mso-style-priority:99;
mso-style-parent:””;
mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt;
mso-para-margin:0cm;
mso-para-margin-bottom:.0001pt;
mso-pagination:widow-orphan;
font-size:10.0pt;
font-family:”Times New Roman”,”serif”;}
Hakimiyyətin üst
qatı öz “qara siyahı”sını “nur”a boyayıb
hədəfə alır
Son günlər ölkə
ictimaiyyətinin əsas müzakirə mövzusu olan məsələ – “Azərbaycanda hakimiyyətdə
nurçuların mövcudluğu” məsələsi süni yolla şişirdilməklə yanaşı, həm də
hakimiyyətdaxili qüvvələrin biri-birləri ilə pərdəarxası çəkişməsində mühüm
faktora çevrilib. Uzun illərdir müxalifət mətbuatını biri-birlərinə qarşı
kompromatlarla “qidalandıran” iqtidardaxili qüvvələr Türkiyədə başlayan məlum
prosesdən də bəhrələnmək niyyətinə düşüblər.
Əvvəlcə
nəzərə alaq ki, Çağ Öyrətimə məxsus bütün təhsil müəssisələri – kurslar,
litseylər, universitet məhz Prezident İlham Əliyevin razılığı və nəzarəti
altında artıq Dövlət Neft Şirkətinin himayəsinə və mülkiyyətinə verilib. Yəni,
nurçuların istinad mənbəyi olan müəssisələr artıq dövlətin nəzarətindədir və
beləliklə də, nurçuların özfəaliyyətlə məşğul olmaları barədə fikirlər əsassızdır.
Digər
tərəfdən, Naxçıvan qruplaşması deyə tanınan qüvvələr son dövrlərdə ağır
artilleriyalarını dövlət vəzifələrində itirmələri, bir namizədlərinin belə son
vaxtlarda yüksək vəzifələrə təyin etdirə bilməmələrinin şokunu yaşayırlar. Əsas
hədəfdə olan rəsmi şəxslərin çoxu da məhz Naxçıvan qruplaşmasının qara
siyahısına düşənlərdir və onlar barədə məlumatları da KİV-ə məhz bu qruplaşma
ötürür.
Elə Elnur
Aslanov və onun yaxınları barədə KİV-ə mütəmadi ötürülən informasiyalar da bu
intriqaların tərkib hissəsidir. “İnci Azəri” psevdonimli profil vasitəsilə ölkə
gündəmini dəyişən məlumatlar da məhz bu qruplaşmanın intriqalarının məhsuludur.
Bu ssenaridə Əli Həsənov-Nazim İbrahimov-Həsən Zeynalov üçlüyü xüsusən fəallıq
göstərir. Əli Həsənovun Elnur Aslanova münasibəti hər kəsə məlumdur. Bu şəxsi, onun uğurlarını,
hakim ailəyə, xüsusilə də birinci xanımla sıx bağlılığını həzm edə bilməyən
şöbə müdiri həmkarına qarşı son illərdə genişmiqyaslı informasiya savaşı
aparır. Onun birbaşa nəzarətində olan Nazim İbrahimov isə bu savaşda həm
dostuna həmrəylik bildirmək üçün iştirak edir, həm də yaxın vaxtlarda özünün də
vəzifəsindən kənarlaşdırılacağını və bu vəzifəyə gənc kadrlardan birinin, böyük
ehtimalla Aslanov şəbəkəsindən birinin təyin ediləcəyini anlayır.
Onlara bu
işdə yardım göstərən İstanbul baş konsulu Həsən Zeynalovun vaxtilə Naxçıvanın
Bakıdakı nümayəndəyindən qovulmasının səbəbi də məhz Vasif Talıbovun “Sən
Bakıda Naxçıvanı yox, Prezident Aparatını təmsil edirsən, Naxçıvana, mənə yox,
Mehdiyevə, Əli Həsənova işləyirsən” ittihamı olmuşdu. Əvvəlcə Qarsa, sonra isə
İstanbula havadarlarının vasitəsilə konsul təyin olunan bu şəxs son bir ildə
Aslanov şəbəkəsinə mənsub insanların “ifşası” üçün kompromat toplamaqla
məşğuldur. İfşa üçün əsas tapmayanda isə şübhələrini, ehtimallarını “fakt” kimi
müxtəlif dövlət orqanlarına göndərir. Ümumiyyətlə bu adamın Bakıdakı təxəllüsü
“işverən-donosbaz”dır. Çünki İstanbula səfər edən hər bir deputat, rəsmi şəxs
barədə sonradan Bakıya ağlagəlməz fantaziyalarla zəngin depeşlər göndərir.
Son vaxtlar
Qənirə Paşayeva,
Zahid Oruc, Ceyhun Osmanlı və digər deputatlar barədə göndərilən
dezinformasiyaların da əsas səbəbi Həsən Zeynalovun qabaqdan gəlmişliyidir. Belə ki, bu adamlar
Baş Konsulluğun İstanbulda heç bir fəaliyyət göstərmədiyini, Azərbaycanla bağlı
iş aparmadığını, yalnız qohum-əqrabadan ibarət alverçilərin bizneslə məşğul
olan idarəyə çevrildiyini hakimiyyətin üst düzəyinə çoxsaylı faktlarla
çatdırıblar. Həm də Türkiyədki səfirlik də baş konsulun və onun ətrafının
yararsızlığı barədə Prezidentə və XİN-ə dəfələrlə məlumat çatdırıb. İndii Həsən
Zeynalov da onunla bağlı ittihamları səsləndirən şəxsləri hədəfə götürərək, həm
havadarlarının, həm də özünün intiqamını aldığını düşünür. Məlum deputatlar və
səfir barədə artıq geniş informasiya savaşı aparılır. Ümumiyətlə, bu işdə
Azərbaycanın diaspor hərəkatını parçalayan, intriqalarla lazımsız, təsirsiz
vasitəyə çevirən NAzim İbrahimovun KİV şəbəkəsi xüsusi fəallıq göstərir.
Bu adamların
həm də əsas məqsədi odur ki, nurçularla bağlı məsələni süni şəkildə şişirdərək
bunu Türkiyə gündəminə də daşısınlar və rəsmi Bakıya bu adamların vəzifədən
kənarlaşdırılması üçün təzyiqləri formalaşdırsınlar. Beləliklə, əbədi
rəqiblərindən qurtulsunlar. Lakin
bunların apardığı savaş o qədər primitivdir ki, dəvənin quyruğu hər addımda
görünür. Məsələn, “İNCİ AZƏRİ” psevdonimi altında Əli Həsənov-Nazim
İbrahimov-Həsən Zeynalov üçlüyünün yaydığı son xəbərdə belə cümlələr verilib:
“Azerbaycanin Istanbuldak Bas konsulu Hesen Zeynalov Todeys Zaman qezetinde
calisan azerbaycanli jurnalistler, onlarin nurcularla elaqeleri, hemin
jurnalistlerin akkreditasiyasinin teskili, SAM-in bu isde rolu barede
Azerbaycan XIN-e, Prezident Administrasiyasina ve diger dovlet orqanlarina
mektub yazib. Amma indiye kimi hec bir xeber yoxdur. Ferhed Memmedov ona
aydinliq getirsin ki, bu isde rolu olub, yoxsa yox. Onun iscisi Zaur Siriyev
Istanbuldaki Bas konsullugumuza tezyig gosterib, yoxsa gostermeyib. Desin gorek
Elnur Aslanovun “kiryuxasi” Elman Abdullayev neye gore bu mektubu
uzun muddet uze cixarmayib, bu senedle bagli ona verilen gosterisi icra
etmeyib, onu aidiyyeti orqanlara gondermeyib? Turkiye hokumeti Hesen Zeynalovu narahat eden mesele ile bagli Azerbaycan hakimiyyetine muraciet edib, yoxsa etmeyib?..” Bəli, hər yerdə Həsən Zeynalovun adı!
Həsən Zeynalovun göndərdiyi
məlumatlar məxfi qrifi ilədir və ondan çox məhdud dairənin, ən üst ranqlı
məmurların xəbəri ola bilər. Demək bu məlumatı elə Əli Həsənov-Nazim
İbrahimov-Həsən Zeynalov üçlüyünün özü İNci Azərinin adı ilə yayırlar. Yəni,
dövlət orqanlarına göndərdikləri məlumatlara cavab verilmədiyini və tədbir
görülməydiiyndən (tədbir görülməməsinin səbəbi, bu ittihamların yoxlandıqldan
sonra yalan çıxmasıdır. Ümumiyyətlə Həsən Zeynalova XİN-dən rəsmən tapşırılıb
ki, yalan məlumatları kəsməsə ona qarşı inzibati addımlar atılacaq) əsəbiləşən
bu adamlar eyni məlumatı artıq KİV_lərə ötürürlər.
Bu adamlar intriqalarını da
keyfiyyətlə, ağılla, inadırıcı apara bilmirlər… “Inci Azeri”nin faСЃebook
profilində yazılan məlumat: “APA-ya aciqlama veren SAM rehberi Ferhad Memmedov
hakimiyyete sevgisinden, ona xidmetden gen-bil danisib, materiali muzakireye
cixaranlari ise mehkeme ile hedeleyib. Butun bunlarin evezine o, nurcularla
elaqelerinin olub olmadigina aydinliq getirseydi, daha duzgun olardi. Biz,
Azerbaycanin Turkiyedei diplomatik numayendeliyindeki menbemizden bele bir
melumat aldiq ki, Azerbaycanin Istanbuldak Bas konsulu Hesen Zeynalov Todeys Zaman
qezetinde calisan azerbaycanli jurnalistler, onlarin nurcularla elaqeleri,
hemin jurnalistlerin akkreditasiyasinin teskili, SAM-in bu isde rolu barede
Azerbaycan XIN-e, Prezident Administrasiyasina ve diger dovlet orqanlarina
mektub yazib. Amma indiye kimi hec bir xeber yoxdur. Ferhed Memmedov ona
aydinliq getirsin ki, bu isde rolu olub, yoxsa yox. Onun iscisi Zaur Siriyev
Istanbuldaki Bas konsullugumuza tezyig gosterib, yoxsa gostermeyib. Desin gorek
Elnur Aslanovun “kiryuxasi” Elman Abdullayev neye gore bu mektubu
uzun muddet uze cixarmayib, bu senedle bagli ona verilen gosterisi icra
etmeyib, onu aidiyyeti orqanlara gondermeyib? Turkiye hokumeti Hesen Zeynalovu
narahat eden
mesele ile bagli Azerbaycan hakimiyyetine muraciet edib, yoxsa etmeyib? Bundan sonra
Azerbaycandaki nurcularin kurkune bire dusub, yoxsa yox? O ki qaldi hakimiyyete
sedaqetli xidmet meselesine, meslehet gorerdik ki, Ferhad muallim kecmisini
unutmasin. Yoxsa AMIP sedri Etibar Memmedovun komekcisi ve partiyanin gencler
teskilatinin sedri olan dovrde dediklerini cap edib yaddasini tezelemek
mecburiyyetinde qalacagiq”.
Elçin Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=4829