Yeni "soyuq müharibə" başlayır

06.03.2014 - 00:51

Kreml-Ağ Ev münasibətlərində səhnəarxası
gərginlik üzə çıxır


 

Vaşinqton
siyasətçiləri son bir həftədə təbiətin və siyasətin nadinc şıltaqlıqları ilə
üzləşiblər.
Güclü qar şəhərdə həyatı demək olar dondurub; məktəblər,
hökumət idarələri ikinci gündür bağlanıb. Hərçənd, qışın soyuq üzü Ukraynadan
gələn xəbərlərin fonunda davam edən qızğın müzakirələrə buz qata bilməyib.

Yerli syiasətçilər Ağ Ev və Konqresi Rusiya qoşunlarının
Krıma müdaxiləsinə adekvat cavab verməyə səsləyirlər. Bu fikrin tərəfdarları
əslində administrasiyanın özündə də az deyil, ancaq rəsmilər hesab edirlər ki,
məsələ “cavabın formasındadır”.

Obama hökuməti və Konqresdəki demokratlar Rusiyanı
diplomatik təcridlə çəkindirməyin mümkünlüyünə inanırlar. Dövlət katibi Kerry
Ukrayna liderlərinə dəstək məqsədilə Kiyevə yollanıb. Yüksək rütbəli
administasiya rəsmiləri də martın 2-də keçirdikləri mətbuat konfransnda Ağ Evin
“sonadək” Avropadakı müttəfiqlərlə birlikdə hərəkət etməkdə marağını dilə
gətiriblər.

Öz növbəsində, Rusiyaya qarşı sərt xətt tərəfdarları
administrasiyanı bürokratik prosedurlara vaxt itirməməyə, təcili sanksiyaların
qəbuluna çağırır. Onların fikrincə, qərb Kremlin Krımda işğalçılıq niyyətinin
qarşısını vaxtında almasa, gec ola bilər.

Putinin Krımda niyyətinin nə olduğu çoxlarına dumanlı qalsa da, bir şey məlumdur ki, Kremlin rəhbəri indi özünü əvvəlkindən daha az nəzakəli aparır.Soçi Olimpiyadasından sonra Putinin bütün diqqətini
Avraziya İttifaqına və orada görmək istədiyi qonşularına yönələcəyi aydın idi.
Putinin niyyəti Sovet İttifaqını bərpa etmək olmasa da, qonşularını özündən
asılı saxlamaqdır. Son hadisələr isə Kreml ilə Qərbi tədricən Soyuq müharibə
illərinə sürükləyib.

Sovet
İttifaqının dağılmasından bu yana Ağ Ev və Kreml liderləri 4 dəfə “reset”ə cəhd
ediblər, heç biri baş tutmayıb:

Birinci
dəfə ata Corc Buş 1990-cı illərin əvvəllərində Rusiyanın yeni hökuməti ilə nüvə
dialoquna əsaslanan xoş münasibətə cəhd etmişdi, amma bu siyasət uzun sürməyib.

İkinci
“reset” Prezident Bill Klintonun təşəbbüsü olsa da, 90-cı illərin sonunda
Prezident Yeltsinin səhhətində yaranan problemləır üzündən başa çatmayıb.

Üçüncü
cəhd, indi təəccüblü görünsə da, Kremlin özündən, Prezident Putin tərəfindən
edilib. O, ABŞ-la münasibətlərin yüksək səviyyəyə qaldırılması məqsədilə önəmli
addımlar atıb. Ancaq üçüncü “reset”in problem onda idi ki, Putin özünün
“qeyri-bərabər davranışlarına Qərbdən bərabər münasibət gözləyirdi. Məsələn,
Kreml özünün ABŞ-a dəstəyi müqabilində Qərbi qonşuluğunda görmək istəmirdi…
Prezident Buşun “Azadlıq gündəliyi”, Gürcüstan və Ukrayna inqilabları – bütün
bunlar Putinin yaralı nöqtələri idi. Beləliklə “reset” tədricən zədələndi..
Onun ən bariz nümunəsi isə özünü Gürcüstan-Rusiya müharbiəsində göstərdi”.

Dördüncü
“reset” Obama Administrasiyasının təşəbbüsü olsa da, yalnız
prezidentin ilk dördilliyində işləyə bilib, belə ki, START müqaviləsi,
Əfrqanıstan, İran kimi mövzularda, eləcə də Rusiyanın ÜTT-yə üzvlüyünə dair
dialoqlar həqiqətən effektli olub.

Hərçənd bir
məqam nəzərdən qaçmışdı – bu “reset”in əsas sürücüləri Obama və Medvedev idi.
Düzdür, son bir neçə ildə prezidentlər Obama və Putin yalnız bir neçə dəfə
beynəlxalq sammitlərdə üz-üzə gələrək əl sıxıblar, amma heç biri bundan xoşhal
görünməyib.

Əslində,
Vaşinqton-Moskva gərginliyinin kökləri təhlilçilərə görə, hələ 90-cı illərdə,
Qərbin post-Sovet Rusiyası ilə bağlı gözləntilərində axtarılmalıdır. Belə ki,
Kommunist imperiyasının iflasından sonra çoxları Rusiyanın Avropa dəyərlərinə
doğru irəliləyəcəyini güman edirdi, hərçənd, bu gün Kreml liderləri özlərini
daha çox “ABŞ və Avropaya alternativ modelin təmsilçiləri kimi aparırlar”.


 

Ələkbər Raufoğlu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4830

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031