Masallıda torpaq reketizmi

06.03.2014 - 01:41

Torpaq şöbəsinin müdiri Hamil Hadıyev vətəndaşları
qanunla aldıqları torpaqlardan çıxarıb ələ keçirir
Torpaq şöbəsinin müdiri Hamil Hadıyev vətəndaşları
qanunla aldıqları torpaqlardan çıxarıb ələ keçirir 

 

Masallı
rayonunda əhali sürətli şəkildə torpaqsızlaşdırılır.
Bu barədə  cumhuriyyet.az-a verilən məlumatlara görə, hal hazırda rayonda vəziyyət dramatik şəkil
alıb. Çünki insanların əksəriyyəti qanunla aldıqları torpaqlardan müxtəlif
bəhanələrlə çıxarılır və ya əllərindən alınır. Prosesə isə Masallı Torpaq və
Xəritəçəkmə şöbəsinin müdiri Hamil Hadıyev başçılıq edir.

Məlumatlarda deyilir ki, əvvəllər Hamil hadıyev ayrı-ayrı
şəxslərə məxsus torpaq sahələrini onların əlindən zorla aldırırdı. Adını da
belə qoyurdu ki, vətəndaşlar guya, əllərindəki torpaqlardan səmərəli istifadə
etmədiyi üçün belə addım atılır. Hətta bununla əlaqədar elə vəziyyətlər
yaranmışdı ki, nəticə etibarı ilə insanlar İcra Hakimiyyətinin qarşısına
toplaşaraq, etirazlarını bildirmək istəyirdi. Eyni zamanda, problem mətbuat
müstəvisinə də çıxarılmışdı ki, bu da Hamil Hadıyevin geri çəkilməsinə səbəb
olmuşdu. Həmin dönəmlərdə ayrı-ayrı vətəndaşlara məxsus qanuni pay torpaqları
belə baha qiymətə Rusiyada yaşayan şəxslərə satılmışdı.

Amma problemin böyüməsini görən Hamil Hadıyevin bir müddət
geri çəkildiyi məlum olmuşdu ki, prosesin yenidən qızışdığı deyilir. Bununla bağlı cumhuriyyet.az-açatan bilgilərə görə, torpaq şöbəsinin müdiri artıq yeni variantlar tapıb. Belə
ki, o, torpaq almaq istəyən şəxsdən “şirinlik” (bu rəqəm heç də balaca hesab
edilmir) alaraq, onu torpaqla təmin edir. Sadəcə, fərq ondadır ki, Hadıyev hal
hazırda bu prosesi məhkəmə yolu ilə həyata keçirir. Redaksiyamıza şikayət edən Masallı rayon
Yeyənkənd sakini Niyaz Ramazan oğlu Abbasov bildirir ki, Hadıyev artıq aldığı
rüşvəti leqallaşdırmağa başlayıb.
“Kim qanunsuz yolla torpaq əldə
etmək istəyirsə, Hamil Hadıyev ona asanlıqla köməklik edir. Və o, pul aldığı
şəxsi öyrədir ki, kimin torpağını almaq istəyirsə, həmin şəxsi məhkəməyə
versin”.

Şikayətçi bildirir ki, torpaq şöbəsinin müdiri məhkəmədəki
adamları vasitəsi ilə məsələni həll də edir. Bunun üçün həmin adamlara aldığı
puldan bir qismini verir ki, proses də tez başa gəlir. “Hadıyevin məqsədi isə
burada özünü sudan quru çıxarmaqdır. Çünki o, bu hadisə baş verdikdən sonra
şikayət edən tərəflərə çatdırır ki, burada onluq bir şey yoxdur. Ona görə ki,
torpağı yeni sahibinə məhkəmə verib”.

Qeyd edək
ki, bui lk olay deyil. Rayon sakini Anar Ağayev də bununla bağlı inanılmaz
məlumatlar açıqlayıb. Yaxın günlərdə bizə şikayət edən həmin şəxsin fikirlərini
də yayımlayacağıq. Apardığımız araşdırmalar nəticəsində o da məlum olub ki,
Hamil Hadıyev hələ bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıbmış.
Buna
səbəb isə onun tutduğu vəzifədən sui-istifadə etməsi olub. Lakin şöbə müdiri
Torpaq və Xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədova yol taparaq, problemi
çözməyə nail olub. Hətta rayonda onun yeni ləqəbə sahib olduğu da deyilir.
Deyilənlərə görə, Hamil Hadıyevi daha çox “torpaqyeyən” kimi qəbul edirlər. Ən
maraqlı məqamlardan biri də odur ki, Hamı Hadıyevlə bağlı Respublika
Prakurorluğuna şikayət olunan məktublara nədənsə cavab verilmir.

 

P.S. Hamil Hadlyevin qanunsuz əməlləri ilə bağlı geniş
yazını yaxınlarda təqdim edəcəyik

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4832

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031