Hakimiyyətin başı üzərində Əli Kərimli kabusu
Rejim
Milli Şuraya, AXCP-yə qarşı terror mübarizəsinə keçib, müxalifətdə isə “düşüncə
mərkəzi” yaratmaq istəyənlər var
Əslində gözlənilən idi. AXCP ötən ilin
sentyabrına kimi qərargahsız idi. 2006-cı ildən bəri davam edən uzun müddətli
qərərgahsızlıq məsləsi bir fədakar vətəndaşın iradəsi ilə həll edildi. Amma
İlham Əliyev buna 6 aydan çox dözə
bilmədi. Əli Kərimli və komandası hakim elitanın kabusuna çevrildi. Gənc və
dinamik eyni zamanda mobil komanda iqtidarın əsəblərini darmadağın etdi.
Əli
Kərimli və rəhbərlik etdiyi partiya ilə düşmənçilik niyə bu qədər dərinləşib?
AXC- hakimiyyəti devriləndən sonra
prezident Elçibəyin komandasından onun partiyasına faktiki rəhbərlik edən şəxs
kimi Əli Kərimli mandat aldı. Bakıya dönəndən sonra ƏliKərimli əvvəlcı sədrin
siyasi məsələlər üzrə müavini sonra isə birinci müavin kimi təşkilati işin
başında durdu. “AXC dağıldı” deyənlər
bir ilin içində 1994-cü ildə meydanlarda güçlü bir təşkilat gördülər. Artıq
müxalifətçiliyi siyasi bəyanatlarla spekuliyasiya etmək mümkün deyildi. Əliyev
meydandakı etirazların liderinin cibindən “qumbara çıxardı” və ona cinayət işi
açıldı. Bu cinayət işi qapanmadı və bu gün də Əli Kərimli məhz bu cinayət işinə
istinad edilərək xarici pasportdan məhrum edilib.
Əliyevlə üz üzə
Əli Kərimli AXC hakimiyyəti devriləndən sonra Heydər Əliyevlə üz üzə gələn tək
siyasi lider idi. O, 2001-ci ilin fevralında Heydər Əliyevi parlamentin
iclasında özündən çıxardı. Qarabağ məsələsi müzakirəyə çıxarılsa da, Heydər
Əliyev Əli Kərimlinin tənqidinə dözüm gətirə bilmədi və əliilə oturduğu kürsünü
tutaraq dedi: “Sən bu kürsünü istəyirsən, amma bu alınmayacaq”. Heydər Əliyevin
bu ifadəsini onun agentura şəbəkəsi Kərimlinin kürsü davası kimi yaymağa
başlasalar da, əslində birinci Əliyev özünü ifşa eləmişdi. O, hakimiyyətinə
yeganə təhlükə olaraq Əli Kərimlini görürdü. Əli Kərimliisə ondan sonra
keçirilən bir neçə seçkidə öz iddalarından geri çəkilərək, birliklər naminə
güzəştə getdi və hakimiyyətin onun haqqında yaymaq istədiyi tezisləri altüst
etdi. O, güzəştə getdi, birinci şəxs olmaq istəmədi, amma yenə hakimiyyətin bir
nömrəli təhlükə mənbəyi olaraq qaldı.
2003-cü
ildə birinci dilləndi
2003 cü ildə İlham Əliyevin zorla hakimiyyəti mənimsəməsinə ilk növbədə AXCP
reaksiya verdi və rəsmi bəyanatla çıxış etdi. İsa Qəmbərin seçkini səs çoxluğu
ilə udduğunu ikinci turun vacibliyini göstərdi. Bu barədə Müsavat partiyasının qərarı isə aylar sonra
sadəcə, repressiyalara etiraz xarakterili idi. Əli Kərimli ruh düşkünlüyünə
uğramış elektoratı dirçəltmək üçün əlndən gələni edirdi. O, 2004-cü ildən
başlayaraq yeni siyasi birliyin yaranması üçün çabalar göstırdi və nəticədə
2005 ci ilin seçkilərinə müxalifət “Azadlıq” bloku ilə getdi. Hakimiyyətin
seçki saxtakarlığına etiraz aksiyaları təşkil edildi və 26 noyabr tarixli
oturaq aksiyada Əli Kərimli xalqın arasına gəldi, polis zorakılığına birbaşa
məruz qaldı.
İlham
Əliyevin adı uğrunda
İlham Əliyevin adı qadağan idi. Söhbət 2006-2008 ci ilıərdən gedir. Bu zaman
kəsiyində bəzi müxalif liderlər İlham Əliyev haqqında danışarkən “onlar” deyə
xitab edirdi. İkinci Əliyevin adını ancaq xeyirə çəkmək olardı. Əli Kərimli isə
bu sərt repressiya dönəmində İlham Əliyevin ifşasını bir an da durdurmadı.
Nəhayət 2013-cü il seçkilər ərəfəsində o
yendən ən böyük formatın qurulması uğrunda əlindən gələni etdi və ilk kardinal
güzəti də özü elan etdi. Mübahisəsiz və danışıqsız prezidentliyə namizəd olmaqdan
imtina etdi. Milli Şura yaradıldı və bu qurumunfaəliyyəti üçün maddi marafondan
başlamış təşkilati işlərə qədər AXCP və Əli Kərimli yenə əsas vəzifəni öz
üzərində hiss elədi. Rejimin əsəbləri əlbəttə dözməməli idi. Çünki, daha böyük miqyasda
mübarizə və ifşa hakimiyyəti yerli və beynəlxalq aləmdə gözdən saldı- bu da
iqtidar komandasını xeyli zəiflətdi. Zəifin dözümsüz olması isə elmin çoxdankı kəşfidir.
Milli Şura davam edir
Hakimiyyətin ən müxtəlif kombinasiyalar quraraq dağıtmaq istədiyi Milli Şura
davam elədi. Hakimiyyət o qədər narahatdır ki, hətta 20 yanvar faciəsi anılərkən
Milli Şuranın əklillə şəhidlər iziyarət etməsinə mane olmaq istədi. Bu zaman
yenə kütləvi iştirak hakimiyyətin məqsədini yarmçıq saxladı. Bir ay sonra isə Xocalı
faciəsinin anımında “Xocalıya ədalət” şüarları səsləndirən cəbhəçi gənclər hakimiyyətin
mərkəzi sinir sistemini zədələdilər sanki. Polis Əli Kərimliyə qarşı qanunsuz və
xoşagəlməz basqı etmək istəyəndə isə Cəbhə fəalları öz liderlərini qorudular və
hakimiyyət yenəməqsədinə çata bilmədi.
Bir yanda terror, o bir yanda “düşüncə
mərkəzi”
Elə bu olaydan bir gün sonra
Cəbhəçilərəqarşıkütləvihəbslər başladı. Bu yazı yazılan dəqiqələrdədə bir
nəfərdaxilolmaqla 7 cəbhəçi inzibati həbslərəməruzqaldı. Gəldik, o noqtəyə ki, hakimiyyət uzun illər
“islamterroru” təhlükəsindən danışa danışa Əli Kərimliyə qarşı mübarizədə Əl Qaidə
metodlarına əl atdı və terrordan istifadə elədi. AXCP-nin qərargahı partladıldı
və sonra da söküldü. Unutmaq olmaz ki, Əli Kərimli son 7
ildəqərargahsızfəaliyyətgöstərən bir partiyanın lideri olub. Onun bu vaxt ərzində
etdikırinin çoxu da ofissiz zamanlara təsadüf edib. Bununla belə bu günlərin maraqlı
məlumatlarından biri də o oldu ki, AXCP-nin qərargahı sökülən gün başqa bir
müxalifpartiya özünün ətrafında olduğunu iddia etdiyi birliyi “düşüncə mərkəzi”
elan etdi. Bu da belə, düşünməyə dəyərsə, düşünün, amma düşünmək üçün lazım
olan orqanın adı “mərkəz” olmamalıdır, bizcə…
Elçin Əmirov
Short URL: http://www.cumhuriyyet.net/?p=4833