Şəmsəddin Hacıyevin "qələmi niyə qırıldı"?
Prezident
Adminstrasiyası İqtisad Universitetində yoxlamalar aparıb
Dünən
dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub. İqtisad
Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verilib. Sərəncama görə,
Ədalət Muradov yeni rektor təyin edilib. Ə. Muradov İqtisadiyyat və Sənaye
Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri
vəzifəsində çalışıb. İqtisadiyyat elmləri doktoru olan Ə. Muradov Kiyev Dövlət
Universitetinin məzunudur.
İqtisad
Universitetinin yeni rektoru mediaya ilk açıqlamasını verib: “Mənə prezident
İlham Əliyev tərəfindən çox böyük etimad göstərilib. Mən bu etimadı həmişə
doğrultmağa çalışacağam”. Yeni rektor gələcəkdə görəcəyi işlərin anonsunu da
verib: “Hazırda Azərbaycan təhsilində böyük islahatlar gedir. Azərbaycan
təhsili dünya təhsilinə inteqrasiya olunmalıdır. Mən də bu çətin işdə öz
köməkliyimi, var gücümü əsirgəməyəcəyəm”.
Onu
da bildirək ki, Şəmsəddin Hacıyev 2004-cü ildən Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru idi. O, Şəmsəddin Hacıyev həm də Milli Məclisin Elm və
təhsil komitəsinin sədridir. Son sərəncamlarla bağlı “Yeni Cumhuriyyət”ə daxil
olan məlumata görə Ş. Hacıyevin vəzifədən azad edilməsi İqtisad Universitetində
aparılan yoxlamalarla bağlı olub: “Dövlət İqtisad Universitetində artıq bir
həftə idi ki, ciddi yoxlamalar gedirdi. Maraqlıdır ki, bu yoxlamaları Prezident
Administrasiyasının əməkdaşları aparırdı. Daha maraqlısı odur ki, bu yoxlamalar
zamanı Dövlət İqtisad Universitetində ciddi maliyyə maxinasiyaları və qanun
pozuntusu halları üzə çıxarılıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=4834