İranpərəst qüvvələr "Hizbullah"ı təbliğ edir – Bakıda

06.03.2014 - 10:34

İranpərəst qüvvələr “Hizbullah”ı təbliğ edir – Bakıda

Son günlər vəhabilərin Azərbaycanda reputasiyaları ciddi şəkildə zərbə altında qaldığından, bu hal onlardan təhlükəlilik baxımından heç də geri qalmayan iranpərəst dindar cameənin əl-qolunu açıb
Bu barədə Politika.az – a ötürülən informasiyada qeyd olunur ki, Qarabağı burda qoyub, Suriyada savaşa yollanan Azərbaycan vəhabilərinin son iki ayda sıraları ciddi şəkildə seyrəlib:
“Rəqəmlər qeyri-dəqiq ola bilər. Amma təxminən 1000-dən artıq gənc ayrı-ayrı vəhabi rəhbərlərin çağırışlarına yox deyiblər və bir o sayda da azərbaycanlı vəhabi təriqətindən üz döndərib. Təbii ki, burada həm vəhabilərə qarşı ictimai qınağın güclənməsi müstəsna rol oynayıb, həm də onların gəncləri Suriyada, Əfqanıstanda naməlum müharibəyə cəlb edilməsi ciddi təsir göstərib”.
Məlumatda həmçinin bildirilir ki, son iki ayda sıraları seyrələn vəhabilərlə müqayisədə iranpərəst dindarların sayları artıb: “Onlar da təhlükəlidirlər. Bakıda İranın nəzarəti altında olan adamların yönəltdiyi məscidlərdə təbliğat aparılır ki, guya “Hizbullah” Qarabağ uğrunda partizan savaşı aparacaq. Bu adla gəncləri yoldan çıxarırlar və İrana göndərirlər”.
Mənbə iddia edir ki, vəhabilərin nüfuzdan düşməsi həmin təbliğatı aparanların da işinə yaramaqdadır: “Bu gün məscidlərə ciddi nəzarət lazımdır. Əks halda təhlükəli qüvvələrin biri digərini əvəzləyir. İtirən isə Azərbaycan olacaq”.
Onu da qeyd edək ki, redaksiyamıza bu cür təbliğatların konkret olaraq hansı məscidlərdə aparılması ilə bağlı hər hansı bilgi verilməyib. Araşdırmalarımız davam edir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031