Obama və Kemeron: "Rusiya artıq öz əməllərinin cəzasını çəkməyə başlayıb"

06.03.2014 - 10:40

Obama və Kemeron: “Rusiya artıq öz əməllərinin cəzasını çəkməyə başlayıb”

ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edirlər ki, Rusiya Ukraynadakı hərəkətlərinə görə artıq əvəz ödəməyə (itkilərə məruz qalmağa) başlayıb.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iki lider arasındakı telefon danışığına dair Ağ Evin yaydığı açıqlamada deyilir. Hər iki lider Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmasından ciddi narahatlığını ifadə edib. Onların fikrincə, hazırkı vəziyyət qəbuledilməzdir. “Moskva artıq öz hərəkətlərinin əvəzini ödəməyə başlayıb, Rusiyadakı investisiya mühitinə inam azalıb”, – deyə açıqlamada bildirilir.
 
Britaniya baş nazirinin dəftərxanası da Kemeron və Obamanın telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən ABŞ prezidenti və Britaniyanın hökumət başçısı razılaşıblar ki, Rusiyanın Ukraynada bundan sonrakı istənilən hərəkətinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində birgə işin davam etdirilməsi zəruridir. Qeyd edilib ki, hazırkı vəziyyət qəbul edilə bilməz, çünki Rusiya öz hərbçilərini Ukraynadan hələ geri çağırmayıb və Kiyevdəki yeni hakimiyyəti tanımaqdan imtina edir. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4839

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031