Lökbatanda nə baş verib: Təxribat, yoxsa məsuliyyətsizlik?

06.03.2014 - 11:11

Lökbatanda nə baş verib: Təxribat, yoxsa məsuliyyətsizlik?

Onlarla insanın taleyi ilə oynayan müvafiq qurumlar məsuliyyətə cəlb olunmalıdır, işin içindən hər şey çıxa bilər
Dünən gecə saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qorxunc hadisələr yaşanıb. Evlərə verilən təbii qazın yüzlərlə insanı zəhərlədiyi məlum olub. Hadisə yerinə ölkənin müxtəlif dövlət qurumlarının nümayəndələri gəlib. 
Bundan əlavə qəsəbənin Mərkəzi Xəstəxanasının imkanları zəhərlənənləri qəbul etməyə imkan vermədiyindən, Bakının da bütün xəstəxanalarında onların qəbulu həyata keçirilib. Bundan başqa, paytaxtdan Lökbatana bir neçə həkim briqadası yola salınıb.
İlkin məlumatlardan belə başa düşülür ki, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Sakinlərin dediyinə görə, dünən saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.
Həmin məlumatlarda vurğulanır ki, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Təəssüf ki, baş vermişt olay itkisiz də keçinməyib. Minval.az-ın məlumatına görə, Lökbatanda zəhərlənmə nəticəsində 8 nəfər ölüb. Ölənlərdən 4-ü uşaqdır. Onlardan yalnız birinin adı açıqlanıb və bu, Lökbatan qəsəbəsinin sakini Natalya Məmmədovadır.
Məsələyə “Azəriqaz” İstehsalat Birliyinin də münasibəti ortadadır. Birliyin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib. 
Əslində, Lökbatanda nə baş verib? Ortada təxribat varmı, yoxsa bu gündəlik qarşılaşdığımız və artıq adət etdiyimiz məmur məsuliyyətsizliyidir? Araşdırmalara görə, ilkin mərhələdə hadisənin təxribat ola biləcəyi ehtimalı araşdırılıb. Amma olayın yalnız bir ərazini əhatə etməsi onun təxribat ola biləcəyi ehtimalının elə də böyük olmadığını deməyə əsas verib. Ancaq bu heç də o demək deyil ki, ortada təxribat olmaya bilər. Bunun dərindən araşdırılması lazımdır.
Lakin ortada çox ciddi və insanların taleyi ilə oynaya biləcək məmur məsuliyyətsizliyi və ya sistemin yaratdığı özbaşınalıq mövcuddur. Əvvəla, əhaliyə təbii qazın verilməsini həyata keçirən müvafiq qurumların məsuliyyətə cəlb edilməsi lazımdır. Çünki yüzlərlə insanın həyatı ilə oynayan bir qurumun məsuliyyətdən kənarda qalması mümkün deyil. Hərçənd “Azəriqaz”ın rəhbərliyi baş verənlərə görə, yaxasını kənara çəkməyə çalışır. Amma fakt faktdır, ortada təsdiqini tapmış 1 ölüm hadisəsi və 100-dən artıq şəxsin zəhərlənməsi reallığı var. Bu qədər insanın həyatı ilə oynamaq isə təkcə məmur məsuliyyətsizliyi deyil, həmçinin müvafiq dövlət qurumlarında baş alıb gedən özbaşınalığın təzahürüdür.(jam.az)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4841

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031