Qəzzafinin oğlu Liviyaya verildi

06.03.2014 - 11:34

Qəzzafinin oğlu Liviyaya verildi

Nigeriya hakimiyyəti Liviyanın devrilən lideri Muəmmar Qəzzafinin oğlunu geri qaytarıb. Bu barədə Liviya hökumətinin saytında yerləşdirilən bəyanatda deyilir. 
“Bu gün Səədi Qəzzafi geri qaytarılıb. O, polisə təhvil verilib”. 
Onun beynəlxalq standarlarla bütün hüquqularının qorunacağı bildirilir. 
Səədi Qəzzafi 2011-ci ilin sentyabr ayında – atasının ölümündən bir ay qabaq Liviyadan Nigeriyaya qaçıb. 
Afrika ölkəsinin hakimiyyəti Liviyanın keçmiş liderinin 38 yaşlı oğluna sığınacaq verib. Ötən ilin fevral ayından o ev həbsində olub. Liviya onun dövlət əmlakını mənimsəməkdə ittiham edərək geri qaytarılmasını tələb edib. 
Qəzzafinin yerinə namizəd hesab edilən böyük oğlu Seyf əl-İslamın isə artıq məhkəməsi başlayıb. O, 2011-ci ildə döyüşçülər tərəfindən ələ keçirilmişdi. O, zamandan o həbsxanadadır. O, insanlığa qarşı cinayətdə ittiham edilir. 
29 yaşlı ən kiçik Qəzzafi olan Seyf əl-Arab isə 3 övladı ilə 2011-ci ilin may ayaında qətlə yetirilib. 
M.Qəzzafinin Hamis adlı oğlu da bu ölkədə gedən döyüşlərdə öldürülüb. 
Liviyanın qətlə yetirilən liderinin həyat yoldaşı Safiya, qızı Aişə və oğlu Məhəmməd, Hannibal isə ölkəni tərk edərək xarici dövlətlərdən birində məskunlaşıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4843

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829