Dövlət Gömrük Komitəsi ləğv edilir? – TƏFSİLAT

13.01.2016 - 18:32
dgkDövlət Gömrük Komitəsi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb. 
İdxal monopoliyasının ləğvi cəhdləri hələ də uğursuzluğa düçar olub. Monopolistlər hələ də buna müqavimət göstərməkdə davam edirlər. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, yenidən KİV-lərdə monopoliyaların mövcudluğu, idxalçıların yüklərinin ölkəyə buraxılmaması ilə bağlı məlumatların yayılması hakimiyyətin üst qatında ciddi narazılıq yaradıb. Ona görə də bu qurumun ləğv edilərək ya vergilər, ya da maliyyə nazirliyinin tərkibinə verilməsi, yüklərin bəyan edilməsi funksiyasının isə ASAN xidmətə həvalə edilməsi variantları nəzərdən keçirilir.
Mənbənin sözlərinə görə, Gömrük Komitəsinin müstəqil təsisat kimi saxlanılması da variantı da nəzərdən keçirilir: Bir şərtlə ki, rəhbərliyi və strukturu dəyişdirilsin. Yekunda hansı qərarın veriləcəyi ayın sonuna qədər bilənəcək. Ancaq bir məsələ birmənalıdır ki, indiki ststusunu itirəcək.
Yada salaq ki, prezident İlham Əliyev vergi və gömrük sistemində şəffaflığın təmin edilməsi, idxal monopoliyasının ləğvinin vacibliyini dəfələrlə vurğulayıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=48477

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930