Hakimiyyət ikiqat zərbə altında

06.03.2014 - 12:35

Uzun müddət Qərb və Şimal güc mərkəzləri
arasında dolaşan rejim indi bərabər şəkildə aralı düşüb və manevr imkanlarını
nəzərə çarpacaq dərəcədə azaldıb


 

Ukraynada
baş verməkdə olan son dramatik hadisələr növbəti dəfə diqqəti Rusiyaya və onun
keçmiş SSRİ-yə daxil olan respublikalarla bağlı siyasətinə yönəldib. Ukraynanın
Avropaya inteqrasiyasının dəstəkləyənlərin Kiyevin qarlı-buzlu küçələrində
aylarla davam edən etiraz hərəkatı sonda zorakılıq müstəvisinə keçdi . Ötən
ilin noyabrında qəfildən Avropa İttifaqı ilə Assosiativ üzvlük danışıqlarını
dayandıraraq Putinin Gömrük İttifaqına doğru istiqamət alan Yanukoviç yüzə
yaxın ukraynalının həyatı bahasına da olsa hakimiyyətini itirdi.

Lakin
belə görünür ki, Yanukoviçin devrilməsi hələ Ukraynanın xilasına səbəb olmayıb
və onun Avropaya yolunu açmayıb. Rusiyanın Ukraynada qərbpərəstlərin qələbəsinə
cavab olaraq ölkəni parçalamaq planını işə salacağı barədə narahatlıqlar özünü
doğrultmaqdadır. Yanukoviçi hərbi gəmi ilə Rusiyaya qaçıran və onu hələ də
Ukraynanın qanuni prezidenti kimi tanıdığını elan edərək sığınacaq verən Kreml
faktiki olaraq Krımı işğal etməyə başlayıb.

Ukraynada
baş verənlər heç şübhəsiz ki, Azərbaycan üçün də həyati əhəmiyyət kəsb
etməkdədir. Çoxları inanır ki, Ukrayna uğrunda gedən mübarizənin nəticəsinin
Azərbaycana da bu və ya digər formada təsiri olacaq. Moskvanın Azərbaycanda və
bütövlükdə MDB məkanında hər zaman maraqları olub. Amma bu maraqlar beynəlxalq
konyunkturdan asılı olaraq dəyişib. Kreml bu amili hər zaman nəzərə alıb və
Bakının imkanları hüdudunda olan maraqlarını təmin etməyi unutmayıb. Məsələn,
Moskva ingilis-Amerika şirkətlərinin rəhbərlik etdiyi “Əsrin müqaviləsi” kimi
strateji layihəyə mane olmadı, amma Lukoyl-a 10-pay əldə etdi və sonradan onu
yaponlara satdılar. O həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə maneçilik
törətmədi, daha az həcmli Bakı-Novorossiysk layihəsinə qane oldu. Əgər 2012-ci
ildə BTC ilə 30 mln ton neft nəql edilibsə, Rusiya marşrutu ilə 1,6 mln ton
daşınıb. Qaz layihəsi barədə də eyni şeyi demək olar.

 Xarici ticarətdə Rusiya Avropa İttifaqından 5
dəfə geri qalır, cəmi 3 mlrd dollar ticari dövriyyə ilə kifayətlənir, amma bu
da Azərbaycanla münasibətlərdə uğurdur. Azərbaycanla Rusiyanın münasibətlərinin
bütün parametrləri göstərir ki, xarici siyasətin formalaşdırılmasında əsas rol
oynayan iqtisadi və siyasi göstəricilərdən Bakıya təzyiq aləti kimi istifadə
edilmir. Bunu Moskvanın həmin sahələrdə real maraqlarının olmaması ilə bağlamaq
olar. SSRİ dağılandan sonra ruslar enerji resursları, infrastruktur və
təhlükəszilik üzərində nəzarəti Qərbə verdi. Son platsdarm olan Qəbələ RLS yeni
“ulduz müharibələri” proqramından imtina müqabilində amerikalılara verildi. Bunu
Bakının icarə haqqını qaldırması ilə bağlamaq gülüncdür. 2012-ci ildə
“Qazprom”un 3 mlrd kubmetr Azərbaycan qazını almaq öhdəliyini yerinə
yetirməməsi göstərir ki, Rusiyanın əmtəə və xidmət bazarı kimi Azərbaycana
marağı yoxdur.

 Putin erası zamanı Rusiyanın Azərbaycanda real
maraqlarının bölgüsü göstərir ki, Moskva da ABŞ kimi layihələri reallaşdırmaq
üçün sabit Azərbaycanda maraqlıdır. Onu da nəzərə almaq lazımdır ki, Rusiya
üçün Azərbaycanda vacib olan sabitlik qeyri-sabit olan Şimali Qafqaza dolayı yolla
sakitləşdirici təsir edir.

Sirr
deyil ki, hər iki tərəf 2003-cü ilin avqust-oktyabrında hakimiyyətin ata
Əliyevdən oğluna keçməsində tandem rolunu oynadı, həmin ilin iyulunda birgə
yazılan ssenari ilə sabitliyi və ölkənin sonrakı inkişafını təmin etdi. Qərb
maraqlarının dominantlıq etdiyi Amerika-Rusiya maraqlarının uzlaşdırılması
nəticəsində hakimiyyəti itirən Mixail Saakaşvili indi diqqəti Gürcüstan
ssenarisinin 2013-cü ilin oktyabr ayında Azərbaycanda keçiriləcək seçkilərdə
mümkün təkrarına yönəltməyə çalışıb. Beləliklə, məlumatlandırıcı-qabaqlayıcı
vasitə ilə nazim çarxı artıq işə salınmış hadisələri qabaqlamaq istəyib.

Əliyev
komandası 2013-cü il seçkilərindən sonra da arzuolunmaz nəticənin qarşısını
almaq üçün az effektli səylər göstərir. Ancaq həlledici tarixin amansızcasına
yaxınlaşması rejimin vəziyyətini ağırlaşdıracaq yeni xoşagəlməzliklər gətirir.
Faktiki olaraq Əliyev rejiminin onu xilas edə biləcək müttəfiqi qalmayıb,
ölkənin bütün xarici siyasi vektorları ilə münasibətlər hes vaxt olmadığı kimi
gərginləşib. Demək olar ki, rejim ümumdünya cazibə qanunun təsiri altına düşüb.
Ona əsasən, R məsafəsi ilə ayrılan M1 və M2 maddi nöqtələri arasında cazibənin
gücü hər iki kütlə ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs
mütənasibdir. Uzun müddət Qərb və Şimal güc mərkəzləri arasında dolaşan rejim
indi bərabər şəkildə aralı düşüb və manevr imkanlarını nəzərə çarpacaq dərəcədə
azaldıb. Bu isə ənənəvi olaraq ziddiyyətlərlə oynayan sistem üçün ağır nəticəyə
səbəb ola bilər. Qərbin bütün institutları tərəfindən Azərbaycandakı
demokratiyanın vəziyyəti ilə bağlı eyni məsafədən artan tənqid və Kremlin
nifrətli baxışı Yanukovuçun özünəarxayın dövrlərini xatırladır.


 

Elçin
Əmirov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4850

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930