Ruslar Ukraynanın dənizə çıxış yolunu kəsdi

06.03.2014 - 13:16

Ruslar Ukraynanın dənizə çıxış yolunu kəsdi

Rus hərbçiləri Qara dənizdə gəmini batırıblar. 
Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu gecə rus hərbçiləri Sevastopolda  hərbi gəmini batırmaqla Ukrayna Hərbi Dəniz Donanamasını Qara dənizə çıxış yolunu bağlayıblar. Rus hərbçiləri  bu gecə köhnəlmiş böyük  “Oçakov” gəmisini Donuzlav gölünün çıxışında batrımaqla Ukrayna Hərbi Dəniz Qüvvələrinin Cənub Hərbi Dəniz bazasının Qara dənizə çıxışını kəsiblər. Belə ki, rus hərbçiləri bir necə gün “Donuzlav” qarnizonu mühasirədə saxladıqdan sonra bu gecə saat 23 radələrində ətrafında qurduqları  postları tərk edərək naməlum istiqamətə hərəkət ediblər. Orada dayanan Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyseri də onlarla birgə blokpostu tərk edib. Rus hərbçiləri burada Ukrayna hərbi gəmilərinin dənizə çıxışına mane olurdular. Amma sonradan onların blokpostları tərk etmələrinin səbəbləri  bəlli olub. Rus hərbçiləri  “Oçakov” gəmisini Donuzlavda Şimal və Cənub burunu arasında batıraraq yolu kəsiblər. Bu ərazidə su dayaz olduğundan batırılan gəminin yuxari hissəsi görünür. Batırılan gəminin oradan çıxarılması xeyli vaxt və maliyyə vəsaiti tələb edir
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4851

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031