Sabiq nazirə daha bir zərbə

06.03.2014 - 13:48

Sabiq nazirə daha bir zərbə

Sabiq müdafiə naziri Səfər Əbiyevin kadrlarının ordudan uzaqlaşdırılması prosesi davam etməkdədir
S. Əbiyevin yaxın ətrafı kimi tanınan və orduda yüksək post tutan rəis və komandirlər arasında artıq həbs olunanlar da var. 
Daxil olan məlumata görə, bir neçə gün əvvəl HDQ-nın ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev həbs olunub. 
Polkovnik-leytenant vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Həbs olunan zabit HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun da yaxın adamı kimi tanınıb. 
Xatırladaq ki, S. Əbiyevin işdən çıxarılmasından sonra HDQ-nın komandan Şahin Sultanovun bu qoşun birləşməsində mövqeyi zəifləyib.
Müdafiə Nazirliyinin yeni rəhbərliyi HDQ-da da ciddi yoxlamalara başlayıb. Belə ki, artıq buna qədər HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu və sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev həbs olunub.
Hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Qeyd edək ki, Elxan Hacıyevin həbsindən sonra oğlu Rövzat Hacıyev də HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çıxarılaraq, istintaqa cəlb edilib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4852

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031