Əli Kərimli od püskürdü: "Artıq Allahı da unutmusunuz"

06.03.2014 - 14:38

Əli Kərimli od püskürdü: “Artıq Allahı da unutmusunuz”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiya üzvlərinin həbsinə münasibət bildirib.
Virtualaz.org  bildirir ki, o, fikirlərini özünün facebook səfhəsində paylaşıb: “İndi də adam oğurluğuna keçiblər… Gənclər Komitəsi İdarə Heyətinin üzvü Türkel Azərtürk (Əlisoy) dünəndən oğurlanıb, heç yerdən tapılmır. Özünün son statuslarının birində Türkel yazıb ki, Bakı Şəhər Baş Polis İdarəsində çalışan polkovnik-leytenant Nəzər Əsgərov tərəfindən 5-6 il müddətinə həbs ediləcəyi ilə hədələnib.
Təsəvvür edin, 20 yaşlı bir gəncin valideynləri, dostları bir sutkadır onu tapa bilmir, heç bir dövlət orqanı onunla bağlı məlumat vermir…”.
AXCP sədri sonda məmurları Allahı unutmamağa çağırıb: “Artıq Allahı da unutmusunuz, unutmasaydınız, mütləq ədalətə inanardınız. Özünüzün, övladlarınızın başına gəlməsini istəmədiyiniz əməlləri başqalarının övladlarının başına gətirməyin!”

Short URL: http://www.cumhuriyyet.net/?p=4856

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031