Prezident Administrasiyasında ara qarışdı

06.03.2014 - 15:09

Prezident Administrasiyasında ara qarışdı 

“Nurçu savaşı”nda Elnur Aslanov və komandası Əli Həsənovdan şübhələnərək ona qarşı hücuma keçib
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov nurçularla bağlı olması barədə ittihamlara cavab verərkən belə bir fikir səsləndirmişdi:
“Kim nurçuların izinə düşüb onlarla əlaqədə olanları axtarmaq istəyirsə, ilk növbədə təhsil və hazırlıq kurslarının, tibb ocaqlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinə xüsusi fikir verməlidir. Nə mənim, nə mənim həyat yoldaşımın, nə də övladımın adına hər hansı bir hazırlıq kursu, təhsil müəssisəsi, radio və klinika var”.
Fərhad Məmmədovun bu fikirləri bir sıra mülahizələrə yol açıb. Belə ehtimallar var ki, Ilham Əliyevin strateqi bu fikirləri səsləndirərkən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu nəzərdə tutub. Məhz Əli Həsənovun nəzarətində təhsil və hazırlıq kursları (“Kaspi” Təhsil Mərkəzi), media quruluşları və klinika var. Fərhad Məmmədovun fikirlərinin yanlış yozulduğu, onun məsələn, hazırlıq və təhsil kursları deyərkən “Araz” kurslarını, “Çağ” Öyrətim Işlətmələrini, Qafqaz Universitetini nəzərdə tutduğu iddia edilə bilər. Amma bu təhsil ocaqlarının nurçularla bağlı olmadığını Azərbaycanda kim bilmir ki? Fərhad Məmmədov nədən jurnalistləri hamıya bəlli olan bir məsələni araşdırmağa çağırsın?
Ilham Əliyevin strateqinin məhz Əli Həsənovu nəzərdə tutması barədə qənaətin formalaşmasının bir səbəbi də tərəflər arasında ziddiyyətlərin olmasıdır. Hələ bir müddət əvvəl məlumat yayılmışdı ki, Fərhad Məmmədovun yaxın olduğu Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov Əli Həsənovla yola getmir. Yeri gəlmişkən, nurçuların dövlət aparatında təmsil olunması barədə yayılan məlumatlarda Elnur Aslanovun adı “qırmızı xətlə” keçir. Iddialara görə, Azərbaycandakı nurçuları himayə edən bu şəxsdir.
Elnur Aslanovun anası, deputat Rəbiyyət Aslanova nurçularla bağlı məsələyə geniş məqalə ilə münasibət bildirməyə məhz bu səbəbdən ehtiyac duymuşdu. Rəbiyyət Aslanova da məqaləsində ad çəkmədən bu məsələdə fəallıq göstərən hakimiyyətdaxili qruplara mesajlar vermişdi. 
Fərhad Məmmədovun açıqlamasından sonra Əli Həsənova yaxın qəzetlər və şəxslər Ilham Əliyevin baş strateqinə, bütövlükdə nurçulara savaş açmaları ehtimalları daha da möhkəmləndirir. Diqqət edin, Əli Həsənova yaxınlığı ilə seçilən “Kaspi” qəzetinin redaktoru Natiq Məmmədli Fərhad Məmmədovun açıqlamasına münasibət bildirərkən nə deyir: “Hesab edirəm ki, bu cür ciddi qurumun rəhbəri faktlara əsaslanaraq danışmalıdır. Yox, buna məhəl qoymayaraq həddini aşma baş verirsə, demək, digər əlaqədər dövlət qurumları mütləq reaksiya verməlidir. Fikrimcə, SAM rəhbəri nurçularla bağlı ünvanı göstərərkən böyük yanlışlığa yol verib”(“Bakı-Xəbər” qəzeti).
Ictimai-siyasi şöbənin müdiri Əli Həsənova yaxın olan başqa bir qəzet – “Olaylar”ın dünənki sayında isə nurçular PKK ilə əlaqələndirilir. Bundan əvvəl qəzet Fətullah Gülənin babasının erməni olduğunu yazmışdı.
Görünür, Əli Həsənov qarşı tərəfin hücumlarını sükutla qarşılamaq niyyətində deyil. Bu isə savaşın açıq müstəviyə keçməsini şərtləndirir. Gözləniləndir ki, tərəflər arasındakı savaş əndazəni aşaraq daha dramatik həddə çatsın.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4857

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031