Nalbandyan BMT-də erməniləri "Dağlıq Qarabağ xalqı" kimi təqdim etdi

06.03.2014 - 15:18

Nalbandyan BMT-də erməniləri “Dağlıq Qarabağ xalqı” kimi təqdim etdi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan martın 6-da Cenevrədə BMT İnsan Hüquqları Şurasının debatlarında Azərbaycanın əleyhinə çıxış edib. O deyib ki, Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində nifrət və müharibə təbliğatı aparılır, bu da vəziyyətin kəskinləşməsinə və insan itkilərinə gətirib çıxarır.

“Media forum” saytı “Armtoday.info” ya istinadla xəbər verir ki, Nalbandyan bunları əlavə edib: “Biz tez-tez insan haqlarının universallığı haqda danışırıq. İnsanların bütün hüquqları eynidir və onlara eyni dərəcədə hörmət olunmalıdır. Buna misal kimi xalqların öz müqəddəratını həll etmə hüquqlarını göstərə bilərəm. BMT nizamnaməsinə əsasən, beynəlxalq konvensiyanın mülki və siyasi hüquqlarla bağlı birinci maddəsi bütün xalqların öz müqəddəratını həll etmə hüququnu tanıyır. Bu, böyük əhəmiyyət kəsb edir. Çünki bu hüquqların tanınması insan haqlarının qorunmasına zəmanət verir. Bu bölünməz hüquq birmənalı şəkildə Dağlıq Qarabağ xalqına da aiddir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4858

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829