Əli İnsanov Binədəki həbsxanaya köçürülür
səhiyyə naziri Əli İnsanov Binə qəsəbəsindəki 2 saylı Cəzaçəkmə
Müəssisəsinə köçürüləcək
səhiyyə naziri Əli İnsanov Binə qəsəbəsindəki 2 saylı Cəzaçəkmə
Müəssisəsinə köçürüləcək
Məlumatı “Media forum” saytına vəkil Toğrul Babayev verib.
Əli
İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il
müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan
Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda
qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin
Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya
instansiyasına göndərib. Bakı Apellyasiya Məhkəməsində işə yenidən
baxılması ilə əlaqədar Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə
Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. 2014-cü ilin
fevralında Bakı Apellyasiya Məhkəməsi işə baxılmasını yekunlaşdırıb, Əli
İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarı qüvvədə saxlanıb.
Proses başa çatdığına görə Əli İnsanov istintaq təcridxanasından yenidən cəzaçəkmə müəssisəsinə köçürülməlidir.
Vəkil
Toğrul Babayev “Media forum”a açıqlamasında xatırladıb ki, sabiq
nazirin əvvəllər saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsi Qaradağ rayonu
ərazisində yerləşir: “Əli İnsanov isə paytaxtın Binəqədi rayonunda,
Cəfər Xəndan küçəsində qeydiyyatdadır. Qanunvericiliyə görə, məhkum
qeydiyyatda olduğu yaşayış ünvanına yaxın cəzaçəkmə müəssisəsinə
yerləşdirilməlidir. Buna görə də Penitensiar Xidmətin rəisi Mədət
Quliyevə və Bakı İstintaq Təcridxanasının rəisinə məktubla müraciət
etdik. Onlardan xahiş etdik ki, Əli İnsanovu qeydiyyatda olduğu yerə
yaxın cəzaçəkmə müəssisələrindən birinə köçürsünlər.
Çünki ailə
üzvləri onun yanına gedib-gələndə əziyyət çəkirlər. Bakı İstintaq
Təcridxanasının rəisi ilə görüşdüm. Rəis dedi ki, ərizəyə baxılıb və Əli
İnsanov Binədəki 2 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdiriləcək. O
bildirdi ki, Binəqədi rayonuna daha yaxın olan 10 saylı Cəzaçəkmə
Müəssisəsində sıxlıqdır, ona görə də Əli İnsanov 2 saylı müəssisəyə
köçürüləcək. Köçürülmə bir-iki günə həyata keçirləcək”.
Vəkil onu
da qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin Əli İnsanovla bağlı
qərarını alıblar və yaxşın günlərdə həmin qərardan şikayət verəcəklər.
Short URL: http://www.cumhuriyyet.net/?p=4865