AXCP-nin qərargahı tamamilə söküldü
AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında
(Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 8) baş verən müəmmalı
partlayışdan sonra bina söküldü. Səbəb kimi partlayışdan sonra binanın
qəzalı olduğu bəhanəsi gətirildi. Nəticədə AXCP partiya üzvlərinin
ianələri hesabına icarəyə götürüldüyü qərargahdan məhrum edildi. Ancaq
baş verənlərdə diqqət çəkən daha bir məqam AXCP-yə icarəyə verilən
binanın sahibi Azər Əsgərovun mətbuata açıqladığı faktlardır. O,
“Azadlıq”a verdiyi müsahibəsində də bəzi ilginc məqamlara toxunub.
Bildirib ki, qərargahı AXCP-dən öncə ACP-yə kirayə verəndə Fövqalədə
Hallar Nazirliyində (FHN) şöbə rəisi işləyən qardaşı ona məsləhət görüb
ki, ofisdən onları çıxartsın. Bundan imtina edən Əsgərova daha çox
təhdidlər binanı AXCP-yə kirayə verəndə baş verib. Qardaşının səs
yazısını mediaya təqdim edən Azər Əsgərovun sözlərinə görə, Türkiyədə də
onu Fövqalədə Hallar naziri Kəmaləddin Heydərovun və onun müavini
orucəli Hacıyevin iş ortaqları onu və ailəsini təhdid ediblər
Dünən sözügedən ünvana yollandıq. Qərargah yerlə
yeksan edilmişdi. Tar-mar edilən binanın mərkəzində buldozer işləksiz
vəziyyətdə idi. Ətrafdakı sakinlərdən öyrəndik ki, qərargahın
söküntüsünə start verilən gün ərazidəki üç ailədə evlərindən çıxarılıb.
Onlar bir müddət kirayədə qalacaqlar. Daha sonra isə mənzillə təmin
olunacaqlar.
FHN-in rəsmi məlumatında deyilir ki, zirzəmidə qaz
balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz
avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və
parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz
avadanlıqlarından düzgün istifadə edilməməsi nəticəsində baş verdiyini
göstərir.
Azər əsgərov isə FHN-in bu məlumatını inkar edir.
Deyir ki, zirzəmidəki partlayış qaz balonundan deyil. Onun fikrincə ora
dinamit qoyulub.
“Müstəqil mütəxəssislər gəlsin aydınlaşdıraq. Mən
40 ilin inşaatçısıyam. Oranı elə tikmişəm ki, onun altına atılan
dinamiti 5-10 dəfə artıq etsəydilər də, bina çökməyəcəkdi. Binanı alanda
örtük taxtadan idi. Kəmaləddin Heydərovun mütəxəssisləri yazıblar ki,
taxta örtüyün üstünə beton tökülüb. Taxta örtüyün üstünə beton olmayıb.
Divarlar dəlinib. 80 santimetrdən bir 12 tavr atılıb. Onları 16-lıq
armaturlar birləşdirib, sonra da aralarına 10-luq armaturlar atılıb,
üstünə beton tökülüb. Yəni, binanı daha da gücləndirmişəm. Onların
qoyduğu dinamit zirzəminin tavanını dağıdıb, birinci mərtəbəyə keçməyib.
Ancaq bir yerdə – kalonun dibindən hörgü olduğu üçün təzyiq hesabına
kiçik zədə olub. Betona heç nə olmayıb. FHN-nin işçiləri elə oranı
dəlib. O, partlayış dəliyi deyil. Həmin hissə lomla, külnglə dağılmış
dəlikdir”, – deyə qərargahın sahibi “Azadlıq”a müsahibəsindəı bildirib.
Hadisə yerindən ən son fotoları sizə təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=4869