KXCP-dən kütləvi qaz zəhərlənməsi ilə bağlı tələb
Fövqəladə İstintaq
Komissiyasının yaradılsın, günahkarlar cəzalansın
KXCP Lökbatan
qəsəbə sakinlərinin qazdan kütləvi zəhərlənməsi ilə bağlı açıqlama vermişdir. Açıqlamada
deyilir: Qaz və elektrik sistemindəki nasazlıqların yaratdığı qəzalar
nəticəsində vətəndaşlarıın mal-mülk, sağlamlıqlarına dəyən ziyana və artan ölüm
hallarına hakimiyyət orqanlarının laqeyd münasibəti cəmiyyətdə haqlı olaraq
böyük narahatlıqlar yaradır. Məsuliyyətsizlik, laqeydlik və nəhayət cəzasızlığın
növbəti, daha ciddi təzahürünü 5 martda, Qaradağ rayonunun Lökbatan qəsəbəsində
insan təlafatı ilə nəticələnən qazdan kütləvi zəhərlənmə hadisəsi zamanı
gördük. Narahatçılıq doğuran məqamlardan biri də, rəsmi məlumatların vaxtında
verilməməsi və ya ziddiyətlı olması, əhali arasında və sosial şəbəkələrdə
itkilərin daha ciddi və böyük sayda olması xəbərlərinin yayılması oldu. Hər bir
adi texniki nasazlıq və ya məişət qəzası Azərbaycan vətəndaşının həyatını
itirməsinə gətirib çıxara bilir. Hakimiyyət orqanlarının “qaz sızması”,
“naqillərdə qısa qapanma” və s. standart şablon sözlərlə yola verdiyi qəzalar
nəticəsində kütləvi surətdə insanalrın sağlamlıqlarını, illər boyu qazandığı
mal-mülklərini, hətta həyatlarını itirməsi artıq epidemiya halını almışdır. Hələ
ki, baş verənlərlə bağlı məsuliyyətli araşdırma və tətqiqat nəticəsi, ciddi
inzibati cəsalandırma və hüquqi məsuliyyətə cəlb etmə faktları ictimaiyyətə
bəlli deyil. İdarəetmə, vakansiya, işəgötürmə, tender, büdcə vəsaitlərinin
xərclənməsi kimi sahələrə sirayət edən korrupsiya və rüşvət nəticəsində belə
qəzalar artıq adi hala çevrilmişdir. KXCP vətəndaşların təhlükəsiz və sağlam
mühitdə yaşamaq hüquqlarının ciddi təhlükələrə məruz qaldığını, insanların ən
ümdə haqlarına – əlverişli ətraf mühitdə ləyaqətli həyat sürmək hüququna hakimiyyət
tərəfindən heç bir təminat verilməməsinin ciddi fəsadlar törətdiyini bildirir. KXCP
əhalini qazla təmin edən dövlət orqanlarından, insanların sağlamalığını və təhlükəsizliyini
qoruyacaq uyğun sturukturlardan üzərlərinə düşən vəzifələrini məsuliyyətlə
yerinə yetirmələrini tələb edir. KXCP hakimiyyət orqanlarından qəzanın baş
verməsində məsuliyət daşıyanların cəzalandırılmasını, bununla bağlı
ictimaiyyətə müfəssəl məlumat verilməsini, belə halların qarşısının alınması
üçün təsirli tədbirlər görülməsini tələb edir və zərər çəkən vətəndaşlara
kompensasiya verilməsini məqsədəuyğun hesab edir. Bu səpgidə hadisələrin artıq
kütləvi, davamlı hal aldığını nəzərə alan KXCP, müvafiq hakimiyyət
strukturlarının belə qüsurları araşdırmaq, onları aradan qaldırmaq və bir daha
təkrar olunmamasını təmin etmək üçün geniş ictimaiyyətin iştirakı ilə
(ekspertlər, media, QHT-lər və s.) Fövqəladə İstintaq Komissiyasının
yaradılmasını tələb edir
Short URL: http://www.cumhuriyyet.net/?p=4870