Baş nazirdən şok açıqlamalar

07.03.2014 - 10:24

Baş nazirdən şok açıqlamalar

Politika.az xəbər verir ki, ötən gecə Türkiyənin “atv” telekanalında canlı yayımda jurnalistlərin suallarını cavablandıran baş nazir Rəcəb Tayyib Ərdoğan bir sıra maraqlı açıqlamalar verib
O, internet qanunu ilə əlaqədar olaraq martın 30-da keçiriləcək bələdiyyə seçkilərindən sonra yeni tənzimləmələr ediləcəyini açıqlayıb.
Baş nazir özü də daxil olmaqla, ölkədə hər kəsin dinlənildiyini və buna görə də, son vaxtlar ümumiyyətlə telefondan, digər elektronik cihazlardan istifadə etmədiyini bildirib.
Ərdoğan bələdiyyə seçkilərindən sonra lazım gələrsə, ölkənin və millətin təhlükəsizliyi naminə Facebook və Twitter sosial şəbəkələrindən imtina ediləcəyini qeyd edib:
“İnternet qanununa məlum idarələr etiraz etdilər. Edə biləcəyimiz qədərini etdik. O sahədə də martın 30-dan sonra atacağımız yeni addımlar var. Bu mövzuda ciddiyik. Mən onun-bunun dedi-qodularına, hətta beynəlxalq səviyyədə hay-küyə görə millətimin təhlükəsizliyinə biganə qala bilmərəm və lazım gələrsə bütün sosial şəbəkələri bağlamaq zorunda qalacağımız da istisna deyil. Bu milləti “Youtube”a, “Facebook”a qurban verə bilmərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=4875

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930