Yanukoviçin infarkt keçirdiyi təsdiqləndi

07.03.2014 - 11:16

Yanukoviçin infarkt keçirdiyi təsdiqləndi 

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç infarkt keçirib.
APA-nın xəbərinə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
“Moskovskiy komsolets” qəzetinin yazdığına görə, hazırda Yanukoviç Moskva xəstəxanalarının birindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Lakin rəsmi məlumat hələlik verilmir.
Xatırladaq ki, Yanukoviçin infarkt keçirdiyi, hətta öldüyü barədə ilk xəbər martın 3-də yayılıb. Həmin gün mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin isə xəbəri təkzib etmiş, Yanukoviçi sağ-salamat gördüyünü, onun Rostovda olduğunu demişdi. 
Sonradan Yanukoviçin insanların qarşısında ürəyini tutub yerə yıxıldığını əks etdirən videokadrlar yayılsa da, aydın olur ki, bu kadrlar iki il öncə çəkilib və bu, prezidentin halının pisləşdiyi göstərən birinci haldır. 
Ukraynanın eks-prezidenti Yanukoviçin 64 yaşı var və o, fevralın 21-də vəzifəsindən qovulub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4880

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031