Rövnəq Abdullayevin "nurçu"larla əlaqəsini iddia edən səs yazısı yayıldı – Şok Audio
07.03.2014 - 12:31
Rövnəq Abdullayevin “nurçu”larla əlaqəsini iddia edən səs yazısı yayıldı – Şok Audio
Qafqaz Unversitetinin dossentinə aid olduğu bildirilən səs yazısında sensasion iddialar
İki gün öncə, Avropa.info-nun elektron poçtuna ARDNŞ prezidenti Rövnəq Abdullayevin Fətullah Gülən camaatı ilə
bağlılığı və İngiltərədə SOCAR tərəfindən “nurçu”lara dəstək verən Təhsil Mərkəzinin açılması ilə bağlı məlumat göndərilmişdi. Həmin məlumat dərc edildikdən sonra, SOCAR İngiltərədə Təhsil Mərkəzi açması ilə bağlı iddiaları təkzib etdi.
Avropa.info-nun elektron poçtuna “nurçu”lara məxsus olduğu bildirilən Qafqaz Unversitetinin dosenti , ali məktəbin Texnoparkının müdiri İsa Qasımovun səs yazısı olduğu iddia edilən audio göndərilib. Həmin audio səs yazısında Rövnəq Abdullayevin Qafqaz Unversitetinin qeyri-rəsmi başqanı olduğu və ali məktəbin bütün işlərinin onun tərəfindən idarə olunduğu bildirilir. Həmin audio səs yazısını şərh vermədən təqdim edirik: