"İRANMEYİLLİ ANS ƏSAS RƏQİBİMİZDİR" – Fətullah Gülənə gizli məktub – ŞOK məlumatlar

07.03.2014 - 13:44

“İRANMEYİLLİ ANS ƏSAS RƏQİBİMİZDİR” – Fətullah Gülənə gizli məktub – ŞOK məlumatlar

 Fetillah”Nurçu”ların Azərbaycanda televiziya sahəsindəki fəaliyyətinə dair “rapor”
Azərbaycanda Fətullah Gülən tərəfdarlarının fəaliyyəti ilə bağlı daha bir gizli sənəd yayılıb. AzPolitika.info-nun elektron poçtuna daxil olan sənəd XƏZƏR TV-nin direktoru Huseyin Dinlemezin Türkiydə Fətullah Gülənin önəmli adamı Faruk Mərcana yazdığı “gizli rapor” kimi təqdim olunur.
Müəllifi Huseyin Dinlemez olduğu bildirilən məktubda Gülən tərəfdarlarının Azerbaycanda hansi televiziyalarda yerləşməsindən bəhs olunur, bu sahədəki vəziyyətlə bağlı detallı məlumat verilir.
Bildirilir ki, əksər televiziyalara adamlar yerləşdirə biliblər. Həmçinin, Azərbaycan Teleradio Şurasında 2 adamları önəmli vəzifədədir.
Məktubun sensasiyalı məqamı isə ANS TV ilə bağlı qeydlərdir. Müəllif bu telekanalın rəhbərlərinin – Vahid Naxış və Mirşahin Ağayevin İranmeyilli olmasını qeyd edir və ANS-in İrandan 7 milyon dollar nağd yardım aldığını bildirir.
Huseyin Dinlemez olduğu bildirilən müəllif reklam gəlirlərinin azaldığını yazır və Türkiyədəki medya partonlarından ANS TV ilə rəqabətə davam gətirmək üçün 2 milyon dollar ayrılmasını xahiş edir.
Məktubun fotosürətini təqdim edirik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4888

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829