Rusiya ərazisinə 143 min Ukrayna vətəndaşı keçdi

07.03.2014 - 16:01

Rusiya ərazisinə 143 min Ukrayna vətəndaşı keçdi

Sergey Məmmədov: “Kiyevdəki mövcud hökumətin cinayətkar adlandırdığı “Berkut” xüsusi təyinatlılarının hər bir üzvünə Rusiya pasportları verdik”
Rusiya Federasiya Şurası Ukrayna ilə həmsərhəd vilayətlərə və Krım muxtar vilayətinə iqtisadi yardım etməklə bağlı Rusiya regionlarına müraciət edib.
Politika.az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, “RİA Novosti” informasiya agentliyində keçirilən mətbuat konfransında rusiyalı senatorlar müraciətlə mətbuatı da tanış ediblər.
Rusiyalı senatorlar Ukrayna ilə həmsərhəd bölgələrin əhalisinə maliyyə və humanitar yardım göstərilməsini təklif ediblər. Bu məqsədlə Rusiya şəhərlərində xüsusi qərargahlar yaradılması nəzərdə tutulub.
Əslən azərbaycanlı senator Sergey Məmmədov çıxışında bildirib ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiya ərazisinə 143 min Ukrayna vətəndaşı keçib: “Onların işlə təmin edilməsi və leqal fəaliyyətinə Rusiya hökuməti şərait yaradacaq. Biz Krımda Kiyevdəki mövcud hökumətin cinayətkar adlandırdığı “Berkut” xüsusi təyinatlılarının hər bir üzvünə Rusiya pasportları verdik. Çünki o insanlara Ukraynada təzyiqlər var. Onları müalicə almaq üçün sığortadan belə məhrum ediblər. Biz indi Rusiya vətəndaşlığı almaq istəyən Ukrayna vətəndaşlarının tələblərini sadələşdirilmiş qaydada təmin edəcəyik”.
Senator İqor Morozov isə bildirib ki, yardım yalnız Rusiyapərəst regionlara ediləcək: “Ruslar bunu özlərinin mənəvi borcu hesab edirlər”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031