ABŞ Dövlət Departamenti Putinin 10 böyük yalanını ifşa etdi
08.03.2014 - 10:00
ABŞ Dövlət Departamenti Putinin 10 böyük yalanını ifşa etdi
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hadisələrlə bağlı həqiqətəuyğun olmayan 10 faktının siyahısını hazırlayıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, həmin siyahı Dövlət Departamentinin saytına da yerləşdirilib.
Ukrayna haqda 10 yalan fakt…
1. Putin deyir: Rusiya hərbçiləri Krımda yalnız Rusiya hərbi aktivlərini qorumaq üçün yerləşib. Bu “özünümüdafiə qruplarıdır”, Rusiya hərbçiləri yox, onlar Krımdakı infrastruktur və hərbi obyektləri nəzarətə götürüblər.
Faktlar: Ciddi sübut var ki, Rusiya xüsusi xidmətinin nümayəndələri Krımda Ukrayna gücləri əleyhinə çox yaşı təşkil olunmuş başlıca gücdür. Onlar xüsusi fərqlənmə nişanı olmayan forma geyinsələr də, Rusiya nömrəli hərbi avtomobillərdə hərəkət edirlər, əcnəbi jurnalistlər və ukraynalı hərbçilərlə söhbətdə sərbəst şəkildə özlərini rus hərbçiləri adlandırırlar. Bundan əlavə, bu adamlarda silah var, halbuki adi vətəndaşlar qaydalara görə silah gəzdirməməlidir.
2. Putin deyir: Rusiyanın hərəkəti Rusiya ilə Ukrayna arasında 1997-ci ildə imzalanan dostluq haqqında müqavilənin pozulması deyil.
Faktlar: 1997-ci ildə imzalanan müqavilə Rusiyadan Ukraynanın ərazi bütövlüyünü tanımağı tələb edir. Rusiyanın hərbi fəaliyyəti nəticəsində Krım üzərində operativ nəzarəti əldə etməsi açıq şəkildə ərazi bütövlüyünün və suverenliyin pozulması deməkdir.
3. Putin deyir: Müxalifət eks-prezident Viktor Yanukoviçlə fevralın 21-də imzalanan müqaviləyə əməl etməyib.
Faktlar: Fevralın 21-də imzalanan razılaşmada Ali Radanın 2004-cü ildə qüvvədə olan Konstitusiyaya qayıdışı haqda qərar qəbul etməklə bağlı idi. Həmin müqaviləyə əsasən Yanukoviç sənədi 24 saat müddətində imzalamalı idi ki, münaqişənin sülh yolu ilə nizamlanmasına imkan yaransın. Bunun əvəzində Yanukoviç əşyalarını toplayıb genişmiqyaslı korrupsiya sübutlarını saxlayaraq qaçıb.
4. Putin deyir: Ukrayna hökuməti legitim deyil. Yanukoviç Ukraynanın legitim lideri kimi qalır.
Faktlar: Prezident Putin martın 4-də özü etiraf etdi ki, Yanukoviçin siyasi gələcəyi yoxdur. Bundan əlavə, Yanukoviç Ukraynanı tərk edəndən sonra özünün Regionlar Partiyası onun əleyhinə çıxıb, hətta onun vəzifədən uzaqlaşdırılması və yeni hökumətin dəstəklənməsinə səs verib.
5. Putin humanitar böhrandan danışır və Ukraynadan qaçan yüz minlərlə insanın Rusiyada sığınacaq axtardığını iddia edir.
Fakt: Bu gün humanitar böhranla və Ukraynadan kütləvi şəkildə insanların qaçmaları ilə bağlı heç bir fakt yoxdur. Ukrayna sərhədçiləri ilə fəal ünsiyyətdə olan beynəlxalq təşkilatların da araşdırması nəticəsində bu bəyanatın həqiqət olmadığı üzə çıxıb. Sərhəddəki situasiyanı izləyən müstəqil jurnalistlər də qaçqınların axını barədə heç bir məlumat vermirlər.
6. Putin etnik rusların təhlükə altında olduğundan danışır.
Faktlar: Rusiya dövlət kütləvi informasiyalarından başqa heç bir mediada bu haqda xəbər yoxdur. Ukraynanın yeni hökuməti situasiyanın dinc yolla nizamlanması ilə bağlı prioritet vəzifələri müəyyənləşdirib və əvvəldən də bu mövqedə olub. Bundan başqa, yeni hökumət yaranandan Kiyevdə də sakitlik hökm sürür. Siyasi opponentlərə qarşı zorakılığın, qarətlərin artması baş verməyib.
7. Putin Rusiya bazalarının təhlükə altında olduğunu deyir.
Faktlar: Rusiya hərbi obyektlərinə qarşı həmişə olduğu kim təhlükə yoxdur və yeni hökuməti beynəlxalq təşkilatlar da bu mövqeni saxlamağa çağırıblar. Amma Ukraynanın Krımdakı hərbi obyektləri Rusiya ordusunun fəaliyyətin nəticəsində təhlükə ilə üzləşib.
8. Putin deyir: Ukraynanın şərqində və cənubunda kilsələrə, sinaqoqlara kütləvi hücumlarla bağlı faktlar var.
Faktlar: Ukraynanın dini liderləri və beynəlxalq dini icmaların liderləri bəyan edirlər ki, bu ölkədə kilsəyə hücumla bağlı bir hadisə belə baş verməyib. Ukraynadakı bütün konfessiyaların liderləri, o cümlədən Ukrayna pravoslav kilsəsi siyasi liderləri dəstəklədiklərin bəyan ediblər və milli həmrəyliyə, barışığa çağırıblar. Ukraynanın cənubundakı və şərqindəki yəhudi icmaları xəbər verir ki, onlar da antisemit insidentlərin artığını qeydə almayıblar.
9. Putin deyir: Kiyev Krımdakı situasiyanı gərginləşdirməyə cəhd göstərir.
Faktlar: Ukraynanın keçid hökuməti təmkinli davranın və dialoq yollarını axtarıb. Rusiya ordusu, öz növbəsində siyasi məqsədə çatmaq və Krımın infrastrukturuna nəzarəti ələ keçirmək üçün öz dislokasiya yerindən kənara çıxıb. Kiyev hökuməti yubanmadan keçmiş müdafiə nazirini situasiyanı sakitləşdirməyə yollayıb. Hakimiyyətin dialoq üçün Krıma yolladığı sonuncu şəxs Pyotr Poroşenko muxtar respublikanın parlamentinə buraxılmayıb.
10. Putin deyir: Ali Rada ekstremistlərin və terrorçuların təsiri altındadır.
Faktlar: Ali Rada Ukraynada hakimiyyətin daha çox təmsilçilik orqanıdır. Sonuncu qanun böyük əksəriyyətin səsverməsi ilə qəbul olunub. Kiyevdəki etirazlar zamanı hüquq-mühafizə orqanları ilə toqquşmalarda iştirak edən ultrasağçı qruplar parlamentdə təmsil olunmurlar. Ukrayna hökumətinin ayrı-seçkilik siyasəti yürüdəcəyi ilə bağlı heç bir məlumat yoxdur, əksinə açıq şəkildə bəyan edilib ki, hüquq bərabərliyi prinsipinə uyğun siyasət aparılacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=4896