Azərbaycanın adı inqilab olacaq ölkələr sırasında

08.03.2014 - 10:07

Azərbaycanın adı inqilab olacaq ölkələr sırasında

Dünyada yaşanacaq növbəti təlatümlər Azərbaycanı da bürüyəcək
Mançester Universitetinin araşdırmalarına görə, sosial şəbəkələrdəki aktivlik növbəti inqilabın məkanını göstərir  
“BBC” kanalı dünyada baş verən son demokratik dəyişikliklərlə bağlı maraqlı araşdırma aparıb. Mançester Universitetinin araşdırmalarına görə, sosial şəbəkələrdəki aktivlik növbəti demokratik inqilabın harada olacağını açıq şəkildə göstərir. 
Universitet məhz internet məkanındakı fəallığı inqilaba namizəd ölkənin müəyyənləşməsində bir indekator kimi qəbul edir. Bu baxımdan Argentina, Gürcüstan, Filippin və Braziliya növbəti təlatümlər ola biləcək ölkələr kimi götürülür. İnqilab indeksi ötən il işələnib hazırlanıb. Aparılan ilk araşdırmalar Ukraynanı bu il inqilabi dəyişikliklər ola biləcək ölkə kimi göstərmişdi. Inqilab indeksini professor Riçard Heeks işləyib. Bu sistem narazı kütlənin idarəçilik rejimləri üçün nə dərəcədə təhlükəli olduğuna dair fərqli baxış bucağını ortaya qoyur. Burada əsas element kimi ictimai nümayişlər yox, virtual dünyadakı aktivlik nəzərə alınır. Eyni zamanda həmin idarəçilik sistemlərində internet azadlığına qoyulan məhdudiyyətlərə də proqnoz zamanı diqqət yetirilir: “Inqilabi dəyişikliklər, siyasi təlatümlər siyahısına 2013-cü ildə Ukrayna başçılıq edirdi. Daha sonra siyahıda Argentina, Gürcütan, Flippin və Braziliya gəlir. Siyahıda o cümlədən ciddi dəyişikliklər baş verə biləcək ölkələr sırasında Keniya, Nigeriya və Azərbaycan var. Siyahının ən sonunda isə İran, Kuba və Çin qərarlaşıb. Belə bir indeksin hazırlanması “ərəb baharı”ndan sonraya təsadüf edir. Belə ki ekspertlər ərəb dünyasındakı dəyişikliklərin məhz “facebook” və digər sosial şəbəkələrdəki aktivlikdən başladığını vurğulayırlar”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4897

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031