"Türkiyə Krım tatarlarını darda qoymayacaq"

08.03.2014 - 10:37

“Türkiyə Krım tatarlarını darda qoymayacaq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin Krım tatarlarını darda qoymayacağını deyib. Ukrayna mətbuatının yazdığına görə, baş nazir Krımdakı vəziyyəti Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyi də bidlirib. 
Ərdoğan qeyd edib ki, Türkiyə Krım tatarlarının hüquqlarının qorunmasına dəstək verəcək. “Ona dedim ki, Rusiya rus çoxluğu və digər azlıqların hüquqlarını qoruduği kimi Krım tatarlarının da hüquqlarını təmin etməlidir”, deyə Ərdoğan bildirib. 
Xatırladaq ki, Türkiyədəki Krım tatarları diasporası hakimiyyətə müraciət edərək tarixi vətənlərində yaşayan həmvətənlərinin təhlükəsizliyini təmin edilməsi tələbi ilə çıxışb edib. 
Bundan əlavə, Hürriyət qəzetinin yazdığına görə, Türkiyədə ölkənin Krım yarımadasına olan hüquqları müzakirə olunur. Siyasi şərhçilər 1783-cü ildə II Yekaterinanın imzaladığı razılmaya istinad edir. Razılaşmada Krımın Osmanlı İmperiyasından Rusiyaya verilməsi şərtləri göstərilir. Razılmayan əsasən, Krım müstəqilliyini elan edəcəyi yaxud üçüncü tərəfə veriləcəyi təqdirdə Türkiyə yarımadaya rəhbərlik hüququnu əldə edə bilər. Türkiyədə hesab edirlər ki, Krım Rusiyaya birləşmək istəsə, bu halda birinci şərt baş verəcək. Çünki bunun üçün respublika Ukraynadan ayrıldığını bəyan etməlidir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=4900

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031