Azərbaycanda Gülənin məktəbləri bağlanmayıb

08.03.2014 - 11:21

Azərbaycanda Gülənin məktəbləri bağlanmayıb

“Çağ Öyrətim”ə geniş imkanlar yaradılıb; Ərdoğan “mən heç nə başa düşmədim” deməklə narazılığını ifadə edib
 Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, Fətullah Gülənin Azərbaycandakı məktəbləri ilə bağlı açıqlama verib.  ANS PRESS-in məlumatına görə, jurnalistlərin sualını cavablandıran Ərdoğan bu barədə ona məlumat verildiyini söyləyib. Baş nazirin sözlərinə görə, bu barədə ona söhbətləşmələrdən sonra məlumat veriblər: “Bu gün mən danışıqlarda iştirak edirdim. Tədbirlər bitəndən sonra Gülənin Azəbaycandakı məktəblərinin əlindən alınması barədə mənə məlumat verdilər. Mən heç nə başa düşə bilmədim. Çünki tələsirdim”.
Daha sonra Ərdoğan Fətullah Gülənin Pakistandakı məktəblərinin də əlindən çıxması xəbərlərinə münasibət bildirib: “Eyni zamanda Pakistanda da belə hadisələr ola bilər. Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşəcəm. Görüşdə bu mövzulardan söhbət açacağıq”.
Bu arada virtualaz.org saytı “Samanyoluhaber”e istinadən maraqlı məlumat yayıb. Həmin məlumatda bildirilir ki, əslində məktəblər “Çağ Öyrətim”dən alınmayıb. Bu sadəcə “Çağ Öyrətim”lə ARDNŞ arasında əməkdaşlıqdır.
Əməkdaşlıq protokolunu ARDNŞ-in baş ofisində “Çağ Öyrətim”in rəhbəri, Fətullah Gülənin Azərbaycandakı əsas adamı olan və bu günlərdə “hocasına” yazdığı sensasion məxfi məktubu üzə çıxan Ənvər Özverenlə ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov imzalayıblar. Mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev də iştirak edib.
Rövnəq Abdullayev tədbirdə çıxışı zamanı prezident Ilham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi strategiyasından bəhs edib və “Çağ Öyrətim”lə imzalanan əməkdaşlıq protokoluna çox əhəmiyyət verdiklərini bildirib. O deyib ki, peşəkar mütəxəssislərin biznes dünyası üçün əhəmiyyəti böyükdür.
Rövnəq Abdullayev ARDNŞ-in belə mütəxəssislərdən qıtlıq çəkdiyini də deyib: “Məsələn, Isveçrənin Sürix şəhərində yerləşən şirkətimizdə 2 min insan işləyir. Isveçrə qanunlarına görə, bir xariciyə nisbətdə üç isveçrəli işə götürülməlidir. Buna görə də Sürixdəki ofisimizdə 500 Azərbaycan vətəndaşını işlə təmin edə bilərik. Ancaq orada 10 azərbaycanlı belə yoxdur. Çünki peşəkar mütəxəssis tapa bilmirik”. 
ARDNŞ prezidenti bu boşluğu doldurmaq üçün Beynəlxalq Təhsil Mərkəzi ilə “Çağ Öyrətim” arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Onsuz da bu şirkətlə əməkdaşlığımız var idi. “Çağ Öyrətim”in açdığı təhsil müəssisələrinin məzunları önəmli karyera qurublar. Bu təcrübəni Beynəlxalq Təhsil Mərkəzi nəzdində də davam etdirəcəyik”.
Tədbirdə çıxış edən Ənvər Özveren isə bundan sonra şirkətin beynəlxalq fəaliyyətlərini Azərbaycanın Beynəlxalq Təhsil Mərkəzi nəzdində davam etdirəcəkərini deyib.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanic də teleqraf.com-a müsahibəsində oxşar fikirlər səsləndirib. O deyib: “Çağ Öyrətim Işlətmələri” Şirkətinin təsisçiliyindən hər hansı bir imtina baş verməyib. Eyni qayda ilə davam edirik. Amma artıq bir məsələ var. Artıq “Çağ Öyrətim Işlətmələri” Şirkətinin təhsil müəssisələrinin təsisçilik haqqına sahib olan “Çağ Öyrətim Işlətmələri” Şirkəti deyil, “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”dir. Yəni, dəyişiklik bundan ibarətdir. Bu dəyişikliyi “Çağ Öyrətim Işlətmələri Şirkəti”nin və onun təhsil müəssisələrinin daha geniş bir çətir altına girməsi, daha geniş imkanlar əldə etməsi kimi də dəyərləndirmək olar. Çünki “Çağ Öyrətim Işlətmələri Şirkəti” əvvəlkitək investisiya qoymaqla bahəm, artıq SOCAR da bu təhsil müəssisələrinə investisiyalar yatıracaq. Yəni, “bir əlin nəyi var, iki əlin səsi var” məsəlində deyildiyi kimi təhsil müəssisələrimiz daha da inkişaf edəcək, genişlənəcək. “Çağ Öyrətim Şirkəti” qurularkən ilk gündən zatən Azərbaycan xalqı üçün qurulmuşdu. Zatən bir Azərbaycan şirkəti idi, Azərbaycan məktəbləri idi. Bizim istər universitetimiz, istərsə də məktəblərimiz Azərbaycanın ?Təhsil haqqında? qanunu əsasında idarə olunurdu. Bu gün isə “Çağ Öyrətim Işlətmələri” tam mənası ilə Azərbaycan şirkətinə çevrilib. Artıq çatıda bir türkiyəli deyil, Azərbaycan şirkəti SOCAR var. Düşünürəm ki, bu şəkildə daha böyük işlər görülə, daha keyfiyyətli, daha çox məktəblər açıla bilər. SOCAR-ın buradakı əsas məqsədi Avropa təhsilini ölkədə daha yayğın hala gətirə bilməkdir. Istər “Qafqaz” Universiteti, istərsə də məktəblərimiz zatən illərdir bu işi görür, görməkdədir. Çünki insanın ən böyük sərhədi dildir. Bu uşaqların dil baryeri olmur. Amerikaya, Avropaya və ya Türkiyəyə oxumağa gedirlər, ondan sonra gəlib ölkələrinə xidmət edirlər. Dəyişikliklə bu cür gənclərin sayının artacağını düşünürəm”.
Görünür, Fətullah Gülənlə qarşıdurmada olan Ərdoğan da məsələnin mahiyyətindən xəbərdardır. Ona görə də Azərbaycanda Gülənin məktəblərinin bağlanması barədə xəbərə münasibət bildirərkən “mən heç nə başa düşmədim” deyə cavab verib. Məktəblər bağlansaydı güman ki, Türkiyənin baş naziri bunu müsbət qiymətləndirərdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4903

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031