Nurçularla əməkdaşlıq edən məmurlarımız

08.03.2014 - 12:12

Nurçularla əməkdaşlıq edən məmurlarımız 

Türkiyədə bu yaxınlarda son dövrlərin ən böyük əməliyyatlarından olan “Rüşvət” əməliyyatı həyata keçirildi
Azərbaycanda daha çox iş adamı Rza Zərrabın həbs olunması ilə yaddan qalan bu əməliyyat haqqında müxtəlif fikirlər var. Artıq sirr deyil ki, Türkiyədə bu əməliyyatın əsas səbəbi Türkiyə iqtidarı ilə “Nurçular” dediyimiz Fətullah Gülən şəbəkəsi ilə Ərdoğan hökuməti arasındakı problemlərdir. Türkiyə hökümətində bir çox nazirin istefası və bir çox insanın həbsinə səbəb olan bu əməliyyat başlayandan Türkiyə nurçularının lideri Fətullah Gülənlə, Rəcəb Tayyib Ərdoğan arasında ziddiyyətlər açıq müstəviyə keçdi, yeni siyasi və informasiya savaşaı başladı. Artıq bu savaşın qığılcımları Azərbaycan mediasına və siyasətinə də sıçrayıb. Ərdoğan rəsmi Bakıya da açıq mesajlar verdi, Gülən şəbəkəsinin Türkiyədən sonra Azərbaycanda da dərin kök saldığı və dövlətçiliyimizə ciddi təhlükə mənbəyi olduğu vurğulandı. Ardınca Azərbaycan mediasında bir çox qalmaqallı sənədlər çap olundu, bu şəbəkəni himayə edən bir çox yüksəkçinli məmurların, millət vəkillərinin, iş adamlarının adları çəkildi. Müzakirələr hətta Milli Məclisə qədər uzandı. Azərbaycan hökümətində oturub, “Gülən xilafəti” quranların, Azərbaycanı “nurçular”ın siyasi və biznes imperiyasının işğalına sürükləyənlərin kimlikləri üzə çıxmağa başladı. İstər-istəməz sual yaranır: Fətullah Gülən Azərbaycandakı “xilafətini” necə idarə edir, koordinasiya haradan aparılır? Bu vəzifəni yerinə yetirən təşkilat və ya şəxslər kimlərdir? Öncə sizi bir təşkilatla tanış edək: Dialoq Avropa Platforması Beynəlxalq ictimai təşkilat olan “Dialoq Avrasiya” Platforması (DAP) 15 sentyabr 1998-ci il tarixində Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və yazıçıların İstanbulda keçirilən toplantısında təsis edilib. Platformanın yaradılmasının təşəbbüskarlarından çoxunun adı məlum olmasa da, bunlardan birinin adı bütün rəsmi mənbələrdə açıq aşkar göstərilir. Bu şəxs Fətullah Güləndir.Sitat: “Bu gün bütün Avrasiya ölkələrində yaxşı tanınan “Dialoq-Avrasiya” platformasının və eləcə də DA dərgisinin əsas təşəbbüskarı da elə Fəthullah Güləndir. Bu platformanın hər il dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərində xalqlar və dövlətlər arasında sülh, dinlərarası dialoq bir nömrəli müzakirə mövzusuna çevrilir. Artıq Rusiyanın, Şərqi Avropanın və eləcə də türk respublikalarının tanınmış fikir adamları bu platformada birləşib Avrasiyanın sabahını düşünürlər”. (Mənbə: Fətullah Gülənin rəsmi saytı, “Tanınan və tanınmayan Fəthullah Gülən” adlı bioqrafik yazı – http://fgulen.com/az/metbuat/xeberler/22119-taninan-ve-taninmayan-fethullah-gulen ) DAP Azərbaycanda sə 1999-cu ildən fəaliyyət göstərir. DAP-ın türk versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin Azərbaycandakı rəsmi təmsilşiyi kimi göstərilir. Maraqlıdır ki, Azərbaycanda bu təşkilatın təsisçisi və fəxri prezidenti sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir. Anar müəllim bir vaxtlar həmçinin beynəlxalq platformanın da dönəm başqanı olub. Hazırda isə DAP-ın Azərbaycanın Milli Komitəsinə Anarın yaxın dostu, millət vəkili Nizami Cəfərov rəhbərlik edir. DAP-ın mətbu orqanı olan DA jurnalı isə Türkiyə, Rusiya və Azərbaycan başda olmaqla Avrasiyanın 16 ölkəsində nəşr olunur. DAP və Azərbaycan rəsmiləri DAP-ın digər ölkələrdə olduğu kimi Azərbaycandakı fəaliyyəti də heç vaxt hay- küylü formada mediada işıqlandırılmayıb. Ən yaxşı halda “DAP belə bir tədbir keçirdi” başlığı ilə materiallar yayımlanıb. Bu səbəbdən DAP-ın Azərbaycandakı fəaliyyəti ilə bağlı mediadan ətraflı məlumat toplamaq mümkün olmadı. Ancaq maraqlısı budur ki, DAP-ın Azərbaycan fəaliyyəti və bu qurumda təmsil olunan şəxslərlə bağlı açıq formada məlumat Fətullah Gülənin rəsmi saytında yerləşdirilib. Qurumun müxtəlif vaxtlarda yaydığı məlumatlarda isə təşkilatın üzvü olan və ya təşkilatla birbaşa əməkdaşlıq edən və ölkədə çox ciddi nüfuz sahibi olan bir çox şəxlərin adına rast gəlmək olur. Qaynar.info DAP-ın rəsmi üzvləri olan və bir çox mənbələrdə adı keçən şəxslərin siyahısını sizlərə təqdim edir: Millət vəkili Nizami Cəfərov (DAP MK sədri), millət vəkili Qənirə Paşayeva, millət vəkili Məlahət İbrahimqızı (DAP İdarə Heyətinin üzvü), AYB sədri Anar Rzayev (Təsisçi), MTRŞ sədri Nuşirəvan Məhərrəmli ( İharə Heyətinin üzvü), tanınmış jurnalist Qulu Məhərrəmli (İdarə Heyətinin üzvü), 525-ci qəzetin baş redaktoru Rəşad Məcid (İdarə Heyətinin üzvü), Turizm Universitetinin rektoru Cəfər Cəfərov (İdarə Heyətinin üzvü), “Çağ öyrətim” Azərbaycan kurslarının rəhbəri Ənvər Özeren (İdarə Heyətinin üzvü). Əldə etdiyimiz məlumatlarda DAP-da təmsil olunanların arasında millət vəkilləri Ceyhun Osmanlı, Rəbiyyət Aslanova, Fazil Mustafa, gənclər və idman nazirinin müavini İntiqam Babayevin də adı keçir. Adı çəkilən şəxslərin qurumda rəsmi təmsilçiliyini isə araşdırmağa davam edirik. Qeyd edək ki, Fətullah Gülənin rəsmi saytında “Dialoq Avrasiya Platforması” ilə bağlı yerləşdirilmiş xəbərlərdə gənclər və idman nazirinin müavini İntiqam Babayevin də adı hallanır. Ancaq nazirliyin mətbuat xidməti bildirir ki, İntiqam Babayev qurumun tədbirlərində iştirak etsə də, təşkilatın rəsmi üzvü deyil. Bu qurum nə işlə məşğuldur? “Nurçu”ların Azərbaycandakı siyasi, ideoloji və iqtisadi işğalını həyata keçirən, dövlət qurumlarına dərin kök salan, öz telekanalı, saysız-hesabsız media qurumları, universitetləri, təhsil ocaqları, yüzlərlə şirkəti olan Gülən şəbəkəsinin koordinasiyasını həyata keçirən bu qurum ikili fəaliyyətlə məşğuldur. Görünən tərəfi budur ki, DAP mütəmadi olaraq konfranslar, seminarlar keçirir, Azərbaycan ziyalılarını, jurnalistlərini şəbəkəyə cəlb edir, onların Türkiyə səfərlərini təşkil edir, Mətbuat Şurası, QHT Forumu, dövlət qurumları ilə sıx əməkdaşlıq edir və s. Əslində isə qurum Azərbaycanın məşhur simalarını, ziyalılarını, rəsmi şəxslərini ətrafına birləşdirməklə özünə “qoruyucu zireh” yaradır, məşhur ticarət mərkəzlərinin birindəki səs keçirməyən şüşələr arxasındakı ofisində isə gündəlik olaraq Gülənin Azərbaycandakı imperiyasını koordinasiya edir, onun tapşırıq və təlimatlarının yerinə yetirilməsinə nəzarət edir. Qurumun təsisçi və təmsilçiləri tanınmış azərbaycanlılar olsa da, pərdə arxasındakı icraçıları – qurumu gündəlik olaraq ofisdən yönəldən şəxsləri isə cəmiyyət tanımır. Bu şəxslər Türkiyədən “hizmet” adıyla Azərbaycana ezam olunmuş şəxslər və onların sistemində “yetişdirilən”, beyni yuyulmuş azərbaycanlı gənclərdir. Onlardan yalnız DAP-ın Azərbaycan üzrə koordinatoru Mustafa Saatçının adını dəqiqləşdirə bildik.(qaynar.info) Fətulla Gülənin və “Dialoq Avrasiya” Platformasınin (DAP) rəsmi səhifəsində yer alan şəkilləri və məlumatları təqdim edirik:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4906

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031