Nəqliyyat nazirinin oğlu hirslənib təyyarəni geri qaytartdırdı

08.03.2014 - 13:30

Nəqliyyat nazirinin oğlu hirslənib təyyarəni geri qaytartdırdı

Belə görünür ki, məmur uşaqlarının harınlıq etməsi təkcə Azərbaycanda baş vermir
Hər gün terror aktlarında onlarla adamın öldüyü İraqda da nazir uşaqları kefləri istəyəni edə bilirlər.
Məlum olub ki, İraq nəqliyyat nazirinin oğlu Beyrutdan Bağdada uçan sərnişin təyyarəsini hirslənərək havadan geri qaytarıb. Buna görə də ölkədə qalmaqal yaranıb.
Politika.az saytı “Frans press”ə istinadən xəbər verir ki, Livanın paytaxtı Beyrutdan İraqın paytaxtı Bağdada uçan və “MEA Airlines” şirkətinə məxsus olan sərnişin təyyarəsi nəqliyyat nazirinin oğlunun göstərişi ilə Bağdad aeroportuna enmədən geri qayıdıb.
Xəbərə görə, martın 6-da Beyrutdan Bağdada uçan sərnişin təyyarəsi 6 dəqiqəlik gecikmə ilə saat 12:40-da havaya qalxıb. Gecikmənin səbəbi İraqın nəqliyyat naziri Hadi əl-Əmirinin oğlu Mehdi əl-Əmirinin təyyarəyə gecikməsi olub. Bütün anonslara baxmayaraq Mehdi və dostları təyyarəyə vaxtında çatmayıblar.
Nəqliyyat nazirinin oğlu hirslənib təyyarəni geri qaytartdırdı
Nazir oğlu qapıya yaxınlaşanda təyyarənin artıq havaya qalxdığını öyrənib və qəzəblənərək “o təyyarənin Bağdada enməsinə icazə verməyəcəm” deyə qışqırıb. Nəticədə təyyarə havaya qalxandan 21 dəqiqə sonra Beyruta geri dönməli olub.
Hava yolları şirkətinin rəsmiləri insidenti təsdiqləyiblər və nazir oğlunun hərəkətinə görə sərnişinlərin həyatının riskə atıldığını deyiblər. İraq tərəfi isə əvvəlcə bildirib ki, təyyarənin enişinə Bağdad aeroportunda aparılan təmizlik işlərinə görə icazə verilməyib.
İraq Nəqliyyat Nazirliyinin rəsmisi nazir oğlunun adının sərnişinlərin siyahısında olmadığını deyib.
Lakin Bağdad aeroportundakı mənbə bildirib ki, həmin saatlarda aeroport adi iş rejimində idi və təyyarələri qəbul edirdi.
Bu gün isə Bağdad aeroportunun direktor müavininin bu insidentə görə işdən azad edildiyi və həbs olunduğu açıqlanıb. Onun təyyarənin Beyruta geri qaytarılmasında hansı rolunun olduğu açıqlanmır.
Aeroportun direktor müavini Samer Kubbanın elə dünən həbs olunduğu bildirilir. Baş nazir Nuri əl-Malikinin nümayəndəsi bildirib ki, Kubba “İraq dövlətinin imicinə mənfi təsir edə bilən hərəkətə görə” həbs olunub. Baş nazirin nümayəndəsi deyib ki, Nuri əl-Maliki təyyarənin Beyruta geri qaytarılmasına görə məsuliyyət daşıyanlar işdən azad edilib cəzalandırılmasını tapşırıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4912

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031