"Facebook"u bağlayan ölkələr

08.03.2014 - 13:58

“Facebook”u bağlayan ölkələr

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın lazım olsa “Facebook” və “Tvitter” sosial şəbəkələrinin bağlanacağını deməsi ölkədə səs-küyə səbəb olub.  Türkiyədə gündəmə gəlməsi ilə qalmaqala səbəb olan bu təklif bir necə ölkədə artıq reallaşıb. 
Bəzi ölkələrdə sosial şəbəkələrin məhdudiyəti illərdir ki, davam edir. ANS PRESS sosial şəbəkələrə giriş qadağan edilən ölkələri təqdimedir. 
Banqladeş 
Ölkənin ən qabaqcıl partiyalarından olan Avami Ligi “Facebok”u 30 may 2010-cu ildə qadağan edib. Səbəb isə dinsizliyin təşviqatıdır. Lakin bu qadağa uzun çəkməyib və bir necə aydan sonra sosial şəbəkəyə giriş açılıb. 
Çin 
2009-cu ildə ölkədə baş verən ixtişaşlarda əsas xəbərləşmə vasitəsi olan “Facebook” bağlandı. 2013-cü ilin avqusta ayında bu şəbəkəyə giriş qismən bərpa edilib. 
Misir
Bu ölkədə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında “Facebook” böyük rol oynayıb. Nəticədə 2010-cu ildə “Facebook”a giriş məhdudlaşdırılıb. Tam məhdudiyyət qısa sürsə də, 2010-2012-ci illərdə sosial şəbəkəyə giriş 86 dəfə kəsilib. 
Şimali Koreya 
“Facebook”, “Twitter” və “Youtube” kimi bütün saytlar bağlıdır. Açıqlma ehtimalı isə çox aşağıdır. 
İran 
2009-cu ildəki prezident seçkisindən sonra ölkədə müxalifətin birləşməsi əsas gətirilərək “Facebook”a giriş kəsilib. Daha sonra “Twitter” bağlandı. 2013-cü ilin sentyabrda hər iki sayta girişə icazə verildi. 
Mərakeş 
Kral 6. Məhəmməd adına yaraılan saxta səhifələrə görə tez-tez sosial şəbəkəyə girişdə çətinliklər yaranır. Xüsusilə 2009- 2013-cü illər ərzində məhdudiyyətlər tez-tez yaşansa da, uzunmüddətli olmayıb. 
Suriya 
“Facebook”a yasaq ilk olaraq 2007-ci ildə tədbiq edilib. Saytın fəaliyyəti dövlətə qarşı mesajlar yayımlandığı üçün məhdudlaşıdırılıb. 
“Facebook” sosial şəbəkəsinin aylıq milyonlarla fəal istifadəçisi var. Hər il bu rəqəmdə azı 3 faizlik artım olur.

Short URL: http://www.cumhuriyyet.net/?p=4913

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930