"Azəriqaz"ın sabiq idarə rəisindən qorxunc xəbərlarlıq

08.03.2014 - 14:34

“Azəriqaz”ın sabiq idarə rəisindən qorxunc xəbərlarlıq

“Nə qədər ki, Azərbaycanda odorant maddəsi mavi yanacağın tərkibinə kustar üsulla vurulur, Lökbatandakı hadisənin təkrarlanacağı qaçılmazdır”. Bu fikirləri APA.TV-də efirə gedən “Sosium” verlişinin qonağı olan “Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi Nüsrət Qasımov deyib. Azərbaycanın qaz təsərrüfatında 48 illik iş təcrübəsi olan qonaq bildirib ki, həmin maddə qazın tərkibinə hələ də sovet dövründən qalma üsulla qatışdırılır.
“Bir dəfə belə hadisə mənim işlədiyim dövrdə Yasamal rayonunda baş vermişdi. Çünki o vaxt da qazın tərkibinə odorant maddəsi indiki kimi primitiv üsulla qatışdırılırdı. Əslində indi o proses avtomatik üsulla həyata keçirilməlidir. Qazsızma hallarında ciddi fəsadların qarşısını almaqda adorant çox böyük rol oynayır. Bu səbəbdən də qazın tərkibinə qatışdırılmalıdır. Amma bu iş ciddi nəzarət altında keçirilməlidir”.
Nüsrət Qasımov hesab edir ki, Lökbatan qəsəbəsində 100-dən çox adamın zəhərlənməsinə səbəb qeyd olunan prosesə ciddi nəzarətin olmaması, səhlənkarlıq və qeyri-peşəkarlıqdır: “Orada operator odorantı qazın tərkibinə vurdiqdan sonra, qaz vintini bağlayıb, amma odorantın vintini bağlamaq yaddan çıxıb. Başqa cür olsaydı, proses bütün Bakını əhatə edərdi. Deməli, Lökbatanda xəttə ötürülən qazın tərkibinə odorant normadan artıq vurulub”.
Mütəxəssisin fikrincə, odorantın insanları zəhərləməsinə səbəb boru xətlərində qaz sızmalarının olmasıdır: “Deməli, xətlərdə problemlər var. Sızmalar olmasaydı, belə bir hadisə baş verməzdi. Əvvəllər ayda bir dəfə xətləri yoxlayırdıq, özü də sabun köpüyü ilə. İndi 6 aydan bir yoxlanır. Şükürlər olsun ki, artıq elə texnikalar icad olunub ki, sızmaları anında müəyyənləşdirmək mümkündür. Amma təbii ki, səhlənkarlıq olmasa”.
Nüsrət Qasımov Azərbaycanda bütün evlərin qaz siqnalizasiya aparatları ilə təchiz olunmasını vacib sayır: “Xarici ölkələrdə bütün evlərdə qaz siqnalizasiya cihazları var. Qiyməti cəmi 12 dollardır. Bu cihazlar adi siqaret tüstüsü olanda belə siqnal verir”.
Qazla bağlı faciəvi halların sayının artmasına gəldikdə isə Nüsrət Qasımov bunun səbəbini maarifləndirmə işinin zəif aparılmasında görür. 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4914

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930