Riçard Kozlariç: "Putinin Krım siyasəti Qarabağ danışıqlarına zərbə vurur"

08.03.2014 - 15:12
Riçard Kozlariç: “Putinin Krım siyasəti Qarabağ danışıqlarına zərbə vurur”

Azadlıq” radiosu ABŞ-ın Azərbaycandakı keçmiş səfirii Riçard Kozlariçdən (1994-1997) Kremlin Ukraynadakı son addımlarının Cənubi Qafqaza necə təsir edə biləcəyini soruşub. 
Musavat.com sabiq səfirin həmin suallara cavablarını təqdim edir: 
– Cənab Kozlariç, sizcə, Ukrayna hadisələrindən sonra Qərb Rusiya və ATƏT-in Minsk Qrupu ilə bağlı nələr etməlidir? 
– Qərb Rusiya qoşunlarının Krıma yeridilməsi və Rusiyanın Krımın birtərəfli şəkildə Ukraynadan ayrılmasına dəstək verməsinə sərt cavab verməlidir. ABŞ və Avropa Birliyinin bu məsələdə əməkdaşlığı və birliyi həmin cavabın effektiv olması üçün mühümdür. İndiki şəriatdə Rusiya ilə hansı məsələlərdə əməkdaşlığın münasib olub-olmaması məsələsinə gəldikdə, məncə, yenidən baxılası məsələlərdən biri də Rusiyanın ATƏT-in Minsk Qrupundakı rolu olmalıdır. 2008-ci ildə Gürcüstanda olduğu kimi, indi Ukraynada da Rusiya birtərəfli şəkildə hərbi müdaxilə yolunu seçib – həmsərhəd olduğu regionlarla bağlı məsələlərdə beynəlxalq diplomatik əməkdaşlığı seçmək əvəzinə. Bu belə bir məsələni aktuallaşdırır ki, Rusiya ATƏT-in Minsk Qrupunda müsbət rol oynaya bilərmi? Axı Rusiya nəinki ABŞ və Avropa Birliyinin Ukrayna məsələsində əməkdaşlıq təkliflərini rədd edib, hətta ATƏT-in orada müşahidə missiyası yerinə yetirməsinin qarşısını alıb.
– Bu məsələdə Azərbaycan üçün daha nələr narahatlıq mənbəyi sayıla bilər?
– Azərbaycan ötən payızda Avropa Birliyinin Şərqi Tərəfdaşlıq təşəbbüsünə qoşulmaq niyyətini açıq bəyan etmək imkanını əldən verdi. Bu “neytral” mövqeyi onu Avrasiya Birliyinə qoşulmaqla bağlı Rusiyadan edilən təzyiqlər qarşısında daha da zəiflətdi. Bundan əlavə son günlərdə Putin Rusiyanın Krıma hərbi müdaxiləsi üçün bir sıra prinsiplər elan edib. Onun mətbuat konfransında dediyi sözlərdən biri də o oldu ki, yalnız regionun öz əhalisi öz gələcəyini müəyyən etmək haqqına malikdir.
– Əgər Krımdakı referendum keçirilərsə və onun nəticələri əsasında – yalnız Krımda yaşayanlar səs verə bilər – Krımdakı hakimiyyət ya müstəqilliyini elan edərsə, ya da Rusiyaya birləşmək istəyini bildirərsə, onda nə baş verəcək? Bu, Dağlıq Qarabağ üçün necə bir presedent olacaq?
– Rusiya bununla bir nümunə göstərir ki, Dağlıq Qarabağdakı hakimiyyət də öz referendumunu keçirə, ya müstəqil ola, ya da Ermənistana birləşə bilər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4915

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031