Şəkidə bayraq rüsvayçılığı

09.03.2014 - 10:23

Şəkidə bayraq rüsvayçılığı

Politika.az xəbər verir ki, dünən Yaponiyanın Azərbaycandakı səfiri Şəkiyə səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı ilə bir görüş keçirərək ölkəsinin rayona daha bir maliyyə yardımı transının ayrılması barədə müqaviləyə imza atdı 
İmza törənində yenə də rəzalət yaşandı və Azərbaycanın düşmən gözünə ox kimi sancılan üçrəngli bayrağı yenə də “incidildi”.
Belə ki, bir çox tədbirlərdə olduğu kimi burada da icra başçısı Elxan Usubovun necə deyərlər, burnunun ucundakı Azərbaycan bayrağının tərsinə asılmasından kimsənin ruhu da incimədi. 
Görünür, nəhayət Azərbaycan parlamenti son vaxtlar ənənə halını almağa başlayan bayrağa qarşı hörmətsizliyə görə ayrıca cəza nəzərdə tutulan maddəni nəzərdən keçirməyə məcbur olacaq. Bu cür səhlənkarlıq və məsuliyyətsizilik edən protokol xidməti əməkdaşlarından əlavə həmin masada oturan yüksək çinli məmur da dərhal haqq etdiyi cəzanı alacaq. Yoxsa hər dəfə bu cür bayraq rəzaləti yaşanacaq…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4931

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031