Ərdoğan Gülənə "fitnəkar" dedi

09.03.2014 - 10:57

Ərdoğan Gülənə “fitnəkar” dedi

“Bu ölkəni artıq qəzet manşetləri, holdinq rəhbərləri, Pensilvaniyada bağında oturan fitnəkar idarə etmir. Bu ölkəni xalq idarə edir, bundan sonra da idarə edəcək”.
ANS TV-nin məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
“Bunlar özlərini ağıllı hesab edirlər. İndi də mənə diktator deyirlər. Mən isə deyirəm ki, bu ölkə millətindir. Mənə diktator deyənlərə səslənirəm. Seçkilərə 22 gün qalıb. 22 gündən sonra hər şey məlum olacaq” – deyə Ərdoğan bildirib.
Virtualaz.org saytının qeydinə görə, Ərdoğanın “Pensilvaniyada bağında oturan fitnəkar” deyə üstüörtülü şəkildə işarə etdiyi şəxs nurçuluq cərəyanının rəhbəri Fətullah Güləndir. F.Gülən artıq 20 ilə yaxındır ki, ABŞ-ın Pensilvaniya ştatındakı iqamətgahında yaşayır. Yada salaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mərkəzi qərargahı da Pensilvaniya ştatındadır. (virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=4933

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031