Azərbaycanlılar Torontoda Ukraynaya dəstək verdilər

09.03.2014 - 11:51

Azərbaycanlılar Torontoda Ukraynaya dəstək verdilər

Rusiyanın Krımı işğal etməsinə Kanadanın Toronto şəhərində etiraz bildirilib. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Toronto bələdiyyəsinin qarşısında toplaşmağa başlayan Ukrayna, Krım və Azərbaycan əsilli Kanada vətəndaşları “Sülh yürüşü” keçiriblər.
Aksiya iştirakçıları ABŞ, İngiltərə, Almaniya, sonra isə Rusiya konsulluğunun qarşısından keçiblər. Rusiya konsulluğunun binası qarşısında çıxış edən aksiya iştirakçıları Rusiya prezidenti Vladimir Putini şüquq və azadlıqlara sayğılı olmağa çağırıblar.
Aksiya iştirakçılarının əllərində Kanada, Ukrayna, Krım və Azərbaycan bayraqları olub. Yürüşlə əlaqədar Torontonun mərkəzi küçəsində nəqliyyatın hərəkəti çətinləşib.

Short URL: http://www.cumhuriyyet.net/?p=4934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031