BİR İLDƏ 53 MİLYON QAZANIB, 15 MİLYON XƏRCLƏYİBLƏR! – "Gülənçilər"in illik maliyyə hesabatı
09.03.2014 - 12:26
BİR İLDƏ 53 MİLYON QAZANIB, 15 MİLYON XƏRCLƏYİBLƏR! –“Gülənçilər”in illik maliyyə hesabatı

Hakimiyyətdəki “nurçu”ların “cari xərclərinə” 2013-cü ildə 3.5 milyon dollar sərf olunub!
Azərbaycanda “Gülən camaatı”nın fəaliyyətinə dair gizli sənədlərin ardı-arası kəsilmir. AzPolitika.info-nun elektron poçtuna dünən daxil olan sənəd XƏZƏR TV-nin direktoru Huseyin Dinlemezin Türkiydə Fətullah Gülənin önəmli adamı Faruk Mərcana yazdığı “gizli rapor” kimi təqdim olunurdu.
Müəllifi Huseyin Dinlemez olduğu bildirilən məktubda Gülən tərəfdarlarının Azerbaycanda hansi televiziyalarda yerləşməsindən bəhs olunur, bu sahədəki vəziyyətlə bağlı detallı məlumat verilir.
Bu gün isə elektron poçtumuza daxil olan yeni sənəd “Azərbaycandakı nurçuların Fətullah Gülənə yazdıqları 2013-cü ilə dair maliyyə raporu” adlandırılır. Müəllifi Mustafa T. Kimi göstərilən sənəddə hərəkatın gəlirləri və xərcləri öz əksini tapıb.
Orda yazılanların həqiqiliyinə inansaq, 2013-cü ildə “Gülən camaatı” Azərbaycanda nə az, nə çox – 53 milyon dollar qazanıb. Xərcləri isə təxminən 15 milyon dollar təşkil edib. Bunun da 3.5 milyon dolları dövlət qurumlarında çalışan hərəkat üzvlərinin “cari xərcləri”nə sərf olunub. (azpolitika)
Short URL: http://www.cumhuriyyet.net/?p=4935