Hərbi ekspertdən sensasion açıqlama

09.03.2014 - 12:57

Hərbi ekspertdən sensasion açıqlama

Ermənistan kəşfiyyatı ordu rəhbərliyini mobil telefonlar vasitəsi ilə dinləyir; bunun qarşısını almaq üçün Azərbaycan ordusunda kiçik rütbəli zabitlərə telefon işlətmək qadağan olunub, böyük rütbəli zabitlərə isə güzəşt olunur
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsində MN-nin rəhbər heyəti, o cümlədən döyüş bölgələrində yerləşən birləşmə və hərbi hissə komandirləri ilə keçirdiyi mühüm müşavirənin tam təfsilatı Yerevanda dinlənilib.
Bu sensasion məlumatı hərbi ekspert Üzeyir Cəfərov öz “Feysbuk” səhifəsində yayıb.
Hərbi ekspertin sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir qayda olaraq cəbhədəki müşavirənin ən xırda detallarınından xəbər tutaraq Ermənistan prezidenti Serj Sərkisyana məruzə edir: “O da dərhal özünü “ağıllı və tədbirli” göstərmək üçün mətbuat vasitəsilə Azərbaycanı hədələyən bir bəyanat səsləndirir. Yəqin ki hamınızın bundan xəbəri var. Bizim generallarımız  mat qalıblar ki, onların qapalı yerdə danışdıqları sözlər ən xırda detallarına kimi Ermənistana görəsən necə məlum olub. Sonradan məlum olub ki, bütün müşavirə mobil telefon vasitəsiylə düşmən tərəfdən yazılıb və deşifrə olunub”.
Ü.Cəfərov qeyd edir ki, bundan sonra, “döyüş görmüş naziri” əmr verib ki, MN-də xidmət zamanı mobil telefon islətmək qadagandir: “İndi MN sistemində çox “operativ” iş üslubu mövcuddur. Səhər xidmətə gələndə bütün şəxsi heyətdən mobil telefonlar məcburi yığılır. Amma, bir neçə nəfər bu telefondan istifadə etmək hüququnu özündə saxlayır. Onların kimliyini isə MN-də gözəl bilirlər”. 
Hərbi ekspert hesab edir ki, ən vacib qərarları və hərbi sirləri qorumaq üçün aşağı rütbəli zabit və gizirlərdən, o cümlədən əsgər və ya çavuşlardan telefonu yığmaq, yüksək rütbəli zabitlərə isə belə bir imtiyaz tanımaq effektsizdir. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4937

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031