Avropa İttifaqı İranın nüvə vədinə inanmadı

09.03.2014 - 15:02

Avropa İttifaqı İranın nüvə vədinə inanmadı

“İranla nüvə proqramı üzrə danışıqların hərtərəfli razılaşmaya gətirib çıxaracağına heç bir zəmanət yoxdur”.
Bu barədə İranın IRINN TV-si xəbər yayıb. Məlumata görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, qeyd edib ki, İran və “altılıq” (beynəlxalq vasitəçilər) arasında müvəqqəti razılaşma olduqca vacibdir: “Yekun hərtərəfli sazişin imzalanması isə daha vacibdir, lakin buna nail olmaq çətindir və uğur qazanacağımıza heç bir zəmanət yoxdur”.
Xatırladaq ki, 2013-cü ilin noyabrında Tehran və “altılıq” ölkəyə qarşı sanksiya rejiminin yüngülləşdirilməsi müqabilində İranın nüvə fəaliyyətinin qismən dayandırılması barədə razılığa gəliblər. Sazişin icrasına tərəflər yanvarın 20-də başlayıblar. Tərəflərin İranın nüvə proqramı üzrə hərtərəfli sazişin müzakirəsinə başlayacağı gözlənilir (“Trend”).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4941

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031