Bir kəndin əhalisi 2771 manata görə susuzluqdan qırılır

09.03.2014 - 17:35

Bir kəndin əhalisi 2771 manata görə susuzluqdan qırılır

Göyçayın Çayarxı kəndinin sakinləri susuzluqdan əziyyət çəkirlər. Virtualaz.org saytı bildirir ki, onlar bu şikayətlərini “Azadlıq” radiosuna bildiriblər.
Onlar içməli su aldıqları yeganə mənbə olan artezian quyusunun işləməsi üçün elektrik verilişinin yerli işıq idarəsi tərəfindən dayandırıldığını deyirlər.
Kənd sakini İkram Şükürov: “İşıq idarəsinin işçiləri 2008-ci ilin dekabr ayında quyunun üstündəki sayğacı dəyişiblər. Bizə şifahi dediklərinə görə, həmin sayğacın üstündə 2771 manat borc olub. 2009-cu ilin yanvar ayında quyunun üstündə yeni sayğac quraşdırıblar. Yeni sayğacın üstündə heç vaxt borc saxlamamışıq. Yığıldıqca aybaay ödəmişik. Bir neçə gündür ki, işıq idarəsinin işçiləri gəlib o sayğacı da akt tərtib etmədən çıxarıb aparıblar. Deyirlər ki, köhnə borc təzə sayğacın üstünə vurulub”.
Beləliklə də kənd sakinləri bir neçə gündür ki, quyudan istifadə edə bilmirlər. Deyirlər ki, işıq idarəsinə yaxın düşən kimi onlardan köhnə borc tələb olunur: “İş orasındadır ki, bu tələb şifahidir. Bizə heç bir sənəd göstərilmir. Nə sayğac, nə də akt ortalığa çıxarılmır”.
Göyçay rayon işıq idarəsindən bildiriblər ki, Çayarxı kəndinin sakinlərinə köhnə sayğacın üstündəki borcla bağlı dəfələrlə bildiriş göndərilib. Sakinlər borcun yeni sayğaca aidiyyəti olmadığını bildirərək borcu ödəməkdən imtina ediblər. Borc kompüterin yaddaşına oturduğundan onu ödəmək mütləqdir. İdarə işçiləri sakinlərlə məsələni bir daha aydınlaşdıra bilərlər. 
Kənd sakininin sözlərinə görə, kənddə azı 250 ailə yaşayır. Bu ailələr indi suyu qonşu kəndlərdən daşımalı olurlar. (virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=4943

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031