2014-cü il üçün 7 bəd proqnoz

10.03.2014 - 02:18

Yeni virus planetdə əhalinin yarısını məhv
edəcək

Bir
neçə gün sonra Şərq təqvimi ilə dünya  2014-cü ilə qədəm qoyacaq. Yenə də dünyanın
bir çox öncəgörənləri, ekspert qrupları və media 2014-cü ildə dünyada nə baş
verəcəyi haqda proqnozlar irəli sürürlər. “2014-cü ildə sizi istər siyasi
arenada, istərsə də adi həyat tərzində nələr gözləyir?” sualının cavabını
aşağıda öyrənə bilərsiniz.

1.
ABŞ-ın məşhur “Foreign Policy” jurnalı hərbi münaqişələrlə bağlı proqnoz dərc
edib. Proqnozlora görə, 2014-cü ildə dünyanın “qaynar nöqtələri” Suriya, Livan,
İraq, Banqladeş, Mərkəzi Afrika Respublikası və Əfqanıstan olacaq. Bu siyahıya
Rusiyada yerləşən Şimali Qafqaz, xüsusilə Soçi şəhəri də əlavə olunacaq.2014-cü il üçün 7 bəd proqnoz

 

2.
Danimarkanın “Saxo Bank” ekspert qrupu 2014-cü ildə Avropa Birliyində
parçalanmanın ola biləcəyi haqda proqnoz hazırlayıb. Analitiklərin fikrincə,
Avropanın ən varlı ölkəsi hesab edilən Almaniya da iqtisadi problemlərlə üz-üzə
qalacaq və bu da Fransa və Yaponiya kimi ölkələrin iqtisadiyyatına təsir
edəcək. Neftin bir barrelinin qiymətinin aşağı düşməsi Rusiya Federasiyasına da
öz təsirini göstərəcək.

2014-cü il üçün 7 bəd proqnoz 

3.
2014-cü ilin may ayında Şotlandiya müstəqillik qazanmaq üçün referendum
keçirəcək. ABŞ-ın sabiq dövlət katibi Corc Robertsonun fikrincə, Şotlandiyanın
müstəqillk qazanması Avropanı parçalayacaq. Xüsusilə, İspaniyada Kataloniya,
Belçikada vallonlar, Kanada da isə Kvebek ayrılmağa çalışacaq.2014-cü il üçün 7 bəd proqnoz

 

4.
Misir öncəgörəni Coy Ayyadın sözlərinə görə, 2014-cü il Rusiya üçün uğurlu
olacaq. C.Ayyad hesab edir ki, o, “Ərəb baharı”nı, Suriyadakı münaqişələrin
olmasını, Qahirəyə qar yağması kimi hadisələri dəqiqliklə deyib. C.Ayyad
sevindirici bir xəbər də yayıb ki, 2014-cü ildə 3-cü dünya müharibəsi
başlamayacaq. Ancaq təbiət hadisələri, xüsusilə Sibir soyuğu ABŞ-a ciddi ziyan
vuracaq. Rusiya isə, əksinə, 2014-cü ildə dünyada öz təsir gücünü daha da
artıracaq və yeni valyuta yaradacaq.2014-cü il üçün 7 bəd proqnoz

 

5.
ABŞ-ın məşhur futuristi Rey Kurçveyl 2014-cü ildə super kompüterlərin insan
beyninə “yol açacağı” haqda proqnoz verib. Onun iddiasına görə, bunun
nəticəsində süni intellekt yaradılacaq.

2014-cü il üçün 7 bəd proqnoz

 

6.
Okean suyunun qalxması, 2014-cü ildə havaların istiləşməsi ilə nəticələnəcək.
Dünyanın bir çox nəhəng ölkələri, o cümlədən də, Sankt-Peterburq, Venetsiya və
Nyu-York kimi nəhəng şəhərlər suyun altında qala bilər. İqlimin dəyişməsi yeni
qasırğalar yaradacaq. Nəticədə bu, Asiya sahillərini viran qoyacaq.

2014-cü il üçün 7 bəd proqnoz

 

7.
Yeni öldürücü virus peyda olacaq və bunun nəticəsində Yer planetinin əhalisinin
yarısı həlak olacaq.

2014-cü il üçün 7 bəd proqnoz

Short URL: http://www.cumhuriyyet.net/?p=4953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031