Nurçular Xədicə İsmayılovanın üzr istəməsini tələb edir

10.03.2014 - 10:00

Nurçular Xədicə İsmayılovanın üzr istəməsini tələb edir 

Araşdırmaçı-jurnalist Xədicə İsmayılovadan üzr istəməsi tələb olunur.
Virtualaz.org saytı xəbər verir ki, buna səbəb X.İsmayılovanın sosial şəbəkədə Fətullah Gülən camaatına aid olan məktəblərdə təhsil alanların ünvanına təhqiramiz ifadələr işlətməsi olub.
Belə ki, X.İsmayılova öz facebook səhifəsində “Xəzər” TV-nin təsis edilməsi ilə bağlı Fətullah Gülənə göndərilən gizli e-mailin olması haqda xəbər paylaşıb. Bundan sonra isə onun ünvanına bəzi şəxslər təhqiramiz ifadələr işlədib. Bundan əsəbiləşən X.İsmayılova öz facebook səhifəsindən paylaşdığı bu sözlərlə həmin məktəblərdə təhsil alanları təhqir edib.
“Gülən şəbəkəsi ayaqdadır. Bir saytdan bir yazını paylaşdıq, altında nəslimi də söyürlər. Mən elə bilirdim, bunlara “Hizmet”in məktəblərində dərs keçirlər, mərifət öyrədirlər. Hamısı sabun köpüyü imiş” – deyə jurnalist qeyd edib.
Bundan sonra isə Gülən şəbəkəsinə bağlı olduğu deyilən məktəblərin, universitetlərin, kursların məzunları, şagirdləri və tələbələri X.İsmayılovanın bu ifadələrinə görə üzr istəməsini tələb edirlər. Bir neçə saatdır başladılan kampaniya daxilində artıq X.İsmayılovanın bu fikirlərinə 200-dən artıq “Üzr istə” tələbi ilə şərhlər yazılıb. Bu kampaniyaya valideynlər də qoşulub.
Sosial şəbəkələrdə aktivlikləri ilə seçilən bu məktəb və universitetlərin məzun və tələbələri geniş kampaniya apararaq jurnalistin bu ifadələrinə görə üzr istəməsini tələb etməkdə davam edirlər. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4954

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031