BP-nin eks-prezidenti: "Ruslar BTC-ni əngəlləmək üçün fantastik yollardan istifadə edirdi"

10.03.2014 - 10:58

BP-nin eks-prezidenti: “Ruslar BTC-ni əngəlləmək üçün fantastik yollardan istifadə edirdi”

BP şirkətinin keçmiş icraçı direktoru, gey olduğu üzə çıxandan sonra karyerası dağılan Con Braun “BP, Putin və neftin gücü” adlı kitab yazıb.
Virtualaz.org saytı xəbər verir ki, kitab barədə “The Daily Best” qəzeti yazıb.
BP-də işlədiyi dövrə aid memuarlarını qələmə alan Braun Rusiyada işlədiyi 12 ildə yaşadıqlarından da geniş bəhs edir. O, həmçinin neftin və qazın silah kimi necə işlədilməsindən, Rusiya prezidenti Vladimir Putinlə işləməyin özəlliklərindən yazır.
Con Braun bildirir ki, Vladimir Putin yaxşı taktikdir: “O, müəyyən qədər amansızdır, bununla belə öz planlarını büruzə vermir və heç bir emosiyarını nümayiş etdirmir, həmçinin sifətinin faktiki olaraq heç bir ifadəsi yoxdur”.
Keçmiş BP rəhbəri V.Putinlə dəfələrlə görüşdüyünü, əsl qumarbazlara xas “Poker Face”ə sahib olduğunu, heç vaxt gülümsəmədiyini bildirir: “Ola bilsin ki, ancaq mən ona “Hələlik, sağ olun” deyib ayrılanda sifətində yüngül təbəssüm yaranırdı. O, görüşün qurtarmağından və mənim getməyimdən xoşbəxt görünürdü”.
C.Braun 1995-2007-ci illərdə Rusiyada işləyib və Putini yaxından tanıyıb. O yazır ki, BP Azərbaycan neftinin nəqli üçün Türkiyə üzərindən keçən Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri layihəsini həyata keçirməyə çalışanda ruslar buna mane olmağa çalışırdı.
“Ruslar bu layihənin bütün mərhələlərində onu əngəlləməyə çalışır, bütün yollardan istifadə edir, vəziyyəti destablizə etmək üçün fantastik metodları işə salır və gündən-günə daha aşağı səviyyəyə enərək partizan fəaliyyətindən istifadə edirdilər” – deyə keçmiş BP rəhbəri yazır. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4958

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930