Hakimiyyətdə "Hizbullah" şəbəkələşməsini həyata keçirən kimdir?
Azərbaycanda hakimiyyət daxilində “Hizbullah” şəbəkələşməsini, DQİDK sabiq müavini Elçin Əsgərov həyata keçirməkdədir
Azərbaycanda vahabi və nurçuların dövlətdə şəbəkələşməsindən kifayət qədər yazılar yazıldı və təbdbirlər görülməyə başlamışdır. Amma bu arada ölkəmizdə din adı altında “Hizbullah” şəbəkələşməsini unutmaq lazım deyil. Azərbaycanda hakimiyyət daxilində “Hizbullah” şəbəkələşməsini, DQİDK sabiq müavini Elçin Əsgərov həyata keçirməkdədir. Elçin Əsgərov 2001-ci ilə kimi nəşr etdiyi “Qütb” jurnalında açıq aşkar İran İslam İnqilabının banisi Ayətullah Xomeyninin “Vilayət Fəqih” konsepsiyasını ölkəmizdə ən çox təbliğ edənlərdən biri idi. Hətta o zamanlar Elnur Aslanov da, Elçin Əsgərovla bərabər çalışır və “Qütb” jurnalını nəşr edirdilər. Elnur Aslanov “Bakı İlahiyyat Fakultəsinə” daxil olması onu “Hizbullah” şəbəkələşməsindən xilas edə bildi. Amma əfsuslar olsun ki, əvvəl Naqşibəni sonra isə Nurçu şəbəkələşməsinə daxil oldu.
Elçin Əsgərov “Qütb” jurnalında yazısında qeyd etmişdir: (İmam Xomeyninin konsepsiyası İslam şəriətinin butun digər huquqi sistemlərdən ustunlyunu və cəmiyyətdə İslam dininin həlledici rolunu vurğulayır.http://www.qutb.org/teqvim.htm#top) Qısa olaraq Elçin Əsgərov Rafiq Əliyevin işdən uzaqlaşdırılmasından sonra DQİDK sədri olmaq istəsədə buna nail ola bilmədi. Mədənniyyət və Turiizm naziri Əbülfəz Qarayevin yaxın qohumu olmasından istifadə etsə də Elçin Əsgərov sədr təyin edilə bilmədi. Müavin təyin edildi və Hidayət Orucov tərəfindən “oforozz” edildi. Faktiki olaraq heç bir iş ona verilmir və DQİDK toplantılarında iştirak etmirdi. Sonunda Elçin Əsgərov istefa verməyə məcbur oldu. Amma yaxın dostu Eışad İsgəndərovun DQİDK sədr təyin edilməsi ona yeni fürsətlər verdi. Hal hazırda Elçin Əsgərov tam sürətlə DQİDK -də “Hizbullah” şəbəkələşməsini həyata keçirməkdədir.
Elşad İsgənədrov vasitəsi ilə, Elçin Əsgərov vahhabilərin maliyyələşdirdiyi İslam Konfransı Təşkilatının Gənclər Forumunda mühim vəzifəyə gətirildi. Buda Elçin Əsgərova Allah Şükür Paşazadədən intiqam alma imkanı vermişdir. Allah Şükür Paşazadə, Elçin Əsəgərovun “Karvan” firmasından həcci bir dəfəlik almıışdır.
Bu məsələyə çox diqqət yetirmək lazımdır. Hazırda DQİDK bütün vəzifələrə Elçin Əsgərovun “Hizbullah” şəbəkələşməsini yerləşdirilir.
http://www.qutb.org/teqvim.htm#top
Yazıda adıçəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=4969