Yoxa çıxan "Boeing 777"lə bağlı sirli vəziyyət

10.03.2014 - 13:55

Yoxa çıxan “Boeing 777″lə bağlı sirli vəziyyət

Martın 7-də gecə Cənubi Çin dənizi üzərində yoxa çıxan və Malayziyanın “Malaysian Airlines” şirkətinə məxsus olan “Boeing 777-200” sərnişin təyyarəsi ilə bağlı sirli vəziyyət yaranıb.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarənin axtarışları onlarla gəminin və vertolyotların, habelə kosmik peykin iştirakı ilə davam etdirilir. Lakin bu günə qədər təyyarənin izinə rast gəlmək mümkün olmayıb.
Axtarış qrupu dənizdə təyyarəyə aid ola biləcəyi güman edilən ikinci predmet tapıldığını açıqlasalar da daha sonra məlum olub ki, həmin predmetin itən təyyarəyə dəxli yoxdur.
Amerika kəşfiyyatı göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olan təyyarənin aqibətinin necə olduğuna dair bir neçə versiya üzərində işləyir.
Pekin televiziyasının efirində gedən videorolikdən məlum olur ki, təyyarənin sərnişinlərindən bəzilərinin telefonları hələ açıqdır, lakin zənglərə cavab verən yoxdur. Belə ki, qardaşı təyyarənin sərnişinləri arasında olan şəxs onun mobil telefonuna zəng edib, ancaq dəstəyi götürən olmayıb.
Təyyarənin axtarışları ilə hazırda Malayziya, Avstraliya, Çin, Tailand, İndoneziya, Sinqapur, Vyetnam, Filippin və ABŞ-ın hava və dəniz qüvvələri məşğuldur. Çin axtarış əməliyyatında iştirakını genişləndirib.
Eyni zamanda hava gəmisinin yoxa çıxması ilə bağlı bütün nüanslar araşdırılır. İnterpol bildirir ki, sərnişinlərin arasında oğurluq pasportlarla qeydiyyatdan keçmiş bir neçə şəxs olub. Bu fakt təyyarənin terror hücumuna məruz qala biləcəyinə dair versiyanı gündəmə gətirib.
Oğurluq pasportlardan birinin sahibi italiyalıdır və hazırda o, Tailandda səyahətdədir. Digəri isə Avstriya vətəndaşıdır, pasportu iki il əvvəl oğurlanıb, özü hazırda Tailandda səyahətdədir.
Mütəxəssislər təyyarənin qaçırılması versiyasını da istisna etmir. Təyyarə ilə əlaqə layner Malayziya paytaxtından havaya qalxandan təxminən iki saat sonra kəsilib. Yoxa çıxmazdan əvvəl təyyarə geri dönüb, laynerin kursu dəyişdirməsi radarlar tərəfindən qeydə alınıb. İstisna deyil ki, pilotlar paytaxt Kuala Lumpura geri qayıtmağa cəhd ediblər.
Bununla belə göyərtədən qəfil qəza və ya havada partlayışa dəlalət edən heç bir siqnal alınmayıb. Təyyarənin sərnişinlərindən 154-ü Çin vətəndaşıdır, qalanları Malayzaiya, Hindistan, Avstraliya, ABŞ, Fransa, Yeni Zelandiya, Kanada, Ukrayna, Rusiya və Niderland vətəndaşlarıdır. (virtualaz.org)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=4970

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031