Gülənə bağlı telekanalda Qarabağ savaşı "erməni gözü" ilə yayımlandı
10.03.2014 - 14:22
Gülənə bağlı telekanalda Qarabağ savaşı “erməni gözü” ilə yayımlandı

Virtualaz.org-un islamazeri.az-a istinadən xəbərinə görə, dünən-9 martda Türkiyənin Bugün TV-sində “Yaşam & Hobi” proqramında “Savaşta ve Barışta İnsan” adlı sənədli film yayımlanıb.
Erməni jurnalist tərəfindən bu sənədli film Qarabağ müharibəsi zamanı hazırlanıb və müharibədən illər sonra həmin jurnalist yenidən erməni əsgərlərindən müsahibə alıb.
Gülənə bağlı telekanal “tərəfsiz” sözündən istifadə etsə də, erməni döyüşçülərin sözləri heç də bunu deməyə əsas vermir.
Belə ki, sənədli filmdə erməni əsgərlərin “biz öz torpağımızı almağa getmişdik, başqa torpağı işğal etməmişik” fikirlərinin qardaş ölkədəki Qarabağ savaşından məlumatsız şəxslərdə hansı təəssüratları yaratdığını anlamaq elə də çətin deyil. Halbuki telekanal erməni başkəsənlərinin Qarabağda törətdiklərini türk izləyicilərinə “erməni gözüylə” təqdim edərkən, sənədli filmə Azərbaycandakı Xocalı qətliamının 5 saniyəlik kadrlarını da sala bilərdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=4972